Onlar ZƏFƏR-ə doğru qətiyyət və əzmlə irəlilədilər

17:51 24-09-2021 | icon 923 | Şəhidlər və şahidlər
Onlar ZƏFƏR-ə doğru qətiyyət və əzmlə irəlilədilər

Nurlar içində yat, Şəhidim

 

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin sentyabrı son yüzilliklər tariximizin rəşadət səhifəsidir. Torpaqlarının düşmən tapdağı altında qalması ilə heç vaxt barışmayan Xalq əsarətdə inləyən torpaqlarının mübarizəsinə qalxdı və düşmənə göz dağı verərək, işğal altında qalmış ərazilərini düşmən tapdağından xilas etdi.

 

Vətən müharibəsi başlayanda ölkəmizin milliyyətindən aslı olmayaraq bütün övladları doğma torpaqlarının mübarizəsinə qalxdı. Azərbaycan oğulları qanıyla, canıyla tarix yazdı. Ölümün gözünə dik baxan igidlərimiz ZƏFƏR-ə doğru qətiyyət və əzmlə irəlilədi. Bu yolda Şəhidlərimiz də oldu, qazilərimiz də...

 

44 günlük müharibəmizdə Şəhadətə yüksəlmiş, Vətən torpağını qanıyla suvaran igidlərimizdən biri də rus əsilli Şəhidimiz Pronin Denis Aleksandroviçdir. Pronin Denis Aleksandroviç 26 may 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 2004-cü ildə Bakıda T.Bağırov adına 59 nömrəli məktəbi bitirmiş, 2007-2009-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

 

Denis 2011-ci ildə ailə həyatı qurmuş, nigahdan sonra Pronin soyadını Əliyev soyadı ilə dəyişmişdir. 2020-ci ilin 21 sentyabrından təlimlərə qatılmış Denis, müharibənin ilk günlərindən torpaqların azad olunması uğrunda qəhrəmanlıqla döyüşmüşdür.

 

Denis Əliyev oktyabrın 6-da Cəbrayılın işğaldan azad olunması uğrunda döyüşlərdə Şəhid olmuş, Xətai rayonunda dəfn olunmuşdur. Bir qız övladı yadigar qalmışdır.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Denis Əliyev ölümündən sonra "Vətən uğrunda," "Cəbrayılın və Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Nurlar içində yat, Şəhidim.

 

 

Mehriban Sadıqova
/filoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq