Ermənilərin Ağdərə və Xocalının geri verilməsi xəritəsi - MÜƏMMA

12:29 30-09-2021 | icon 500 | Qarabağ
Ermənilərin Ağdərə və Xocalının geri verilməsi xəritəsi - MÜƏMMA

RBK-nın məlum xəritəsi – hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgəyə daxil olan keçmiş Ağdərə rayonu, Xocalı və Xocavəndin mərkəzi Azərbaycana təhvil verilir – erməni jurnalistlər tərəfindən araşdırılıb. Məsələ hələ də müəmmalı olsa da, müəyyən məqamlar diqqət çəkir.

 

Versus.az xəbər verir ki, politoloq Asif Nərimanlı sosial şəbəkədəki paylaşımında bildirib ki, RBK xəritəni yayandan bir gün sonra silib – “Hraparak” qəzeti yazır.

 

Qarabağda yaşayan erməni ekspert Bella Lalayan deyir ki, müharibə başa çatandan sonra Xocalının təhvil verilməsi haqqında tez-tez danışırlar.

 

Separatçı-terrorçu rejimin qondarma parlamentinin xarici əlaqələr komitəsinin üzvü, daşnak Vahram Balayan bu haqda danışmaqdan imtina edib.

 

Baş separatçı Araik Arutyunyanın sözçüsü Lusine Avanesyan da susmağa üstünlük verib.

 

Erməni jurnalistlər, nəhayət, Arutyunyanın özü ilə təmas qura biliblər. Baş separatçıya jurnalistlər deyib ki, RBK xəritəni silməmişdən öncə onlardan məsələyə münasibət öyrəniblərmi?

 

“Hələlik bu məlumatı şərh etməyəcəm”. “Niyə şərh vermirsən”, – deyə jurnalist soruşub. “Əlimdə rəsmi nəsə olanda şərh edəcəm”, – deyə Araik cavab verib.

 

Jurnalist “İmzanız olmadan həmin bölgələrin Ermənistan hakimiyyəti tərəfindən təhvil verilməsi mümkündürmü”, – deyə soruşub.

 

Baş separatçı da “bunu Ermənistan hakimiyyətindən soruşun”, – deyə jurnalistin cavabını verib.

Müəmma davam edir…

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq