O ŞƏHİDDƏN danışacağıq ki…
Siz bizim üçün Qarabağsız, əbədiyyən bizimləsiz
44 günlük Vətən Müharibəsinin 1 ili tamam oldu. Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd edildi və canlarını fəda edən bütün şəhidlərimizin ruhu anıldı. Qəhrəmanlarımızın döyüş yolu vərəqləndi…
Bu gün məhz bu qəhrəman şəhidlərin sayəsində 30 ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarımız azaddır. O torpaqlara hər səfərlərimizdə ilk növbədə şəhidlərin ruhu qarşısında baş əyir, onların valideynlərindən halallıq təvəqqe edir, qazilərimizə cansağlığı arzulayırıq.
Bu gün o şəhiddən danışacağıq ki, digər şəhidlərin əzizləri kimi, onun da əzizlərinə təsəlli üçün söz tapmaq olmur.
…Xatirələrdə yaşayan şəhidlərimizdən biri də Hüseynov Anar Rəhim oğludur.
Versus.Az xəbər verir ki, Anar Hüseynov 1997-ci ilin 9 yanvarda dünyaya göz açıb. 2003-cü il sentyabrın 1-də 10 saylı internat məktəbinə daxil olub. 2012-ci ildə məzun olub və 5 saylı Peşə Litseyinə daxil olub, burada kompüter mütəxəsisliyinə yiyələnib. 2015-ci ildə litseyi bitirib, 2016-cı ildə isə həqiqi hərbi xidmətə çağrılıb. O, Lələtəpə döyüşlərində iştirak edib. “N” saylı hərbi hissədə manqa komandiri olub.
Anar Hüseynov 2018-ci ildə hərbi xidmətini başa vurmuşdu. İkinci Qarabağ Müharibəsində, yəni 2020-ci il sentyabrın 20-də Vətənin xilası üçün yola düşür…
Anar Hüseynov Həsənqaya, Ağdərə istiqamətlərində gedən döyüşlərdə Vətən uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə ucaldı…
23 yaşlı şəhidimiz ölümündən sonra "Suqovuşan uğrunda" və “Vətən uğrunda” medalı ilə təltif olundu...
Əziz Şəhidimiz, sənin və səninlə bərabər digər Şəhid oğullarımızın sayəsində Suqovusan azaddır. Sənin və səninlə bərabər canından keçən qardaşlarımızın sayəsində yurduna – Tərtər Çayına 30 il sonra axın gəldi. Sənin kimi oğullar sayəsində Ağdərə də, digər ərazilərimiz də işğaldan azad oldu. Var ol, Vətən oğlu!
Siz Mübarizsiz bizim üçün!
Siz Qarabağsız bizim üçün!
Versus.Az
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...