Zukerberq üzr istədi


“Facebook”un rəhbəri Mark Zukerberq problemə görə üzr istəyib və “Facebook”, “Instagram”, “WhatsApp” və “Messenger”in yenidən işə başladığını bildirib.
“Facebook”, “Instagram”, “WhatsApp” və “Messenger” yenidən onlayndır. Problemə görə üzr istəyirəm: sevdiyiniz insanlarla əlaqə saxlamaq üçün xidmətlərimizə nə qədər etibar etdiyinizi bilirəm”, - deyə o “Facebook” hesabında yazıb.
“Instagram”, “WhatsApp” və şirkətə məxsus bir sıra digər tətbiqlər bazar ertəsi günü təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub. İlkin məlumatlara görə, səbəb proqram yeniləməsindəki səhvlər olub.
Mark Zukerberq “Facebook”, “Instagram” və “WhatsApp”ın fəaliyyətində yaranan problemlər nəticəsində 6,6 milyard dollar vəsait itirib.

Xəbər lenti

"Azərbaycanın Avropa və dünya bazarında önəmli rol oynayır"
Hikmət Babaoğlu: “...Azərbaycanın mühüm rol oynamasını ABŞ Pezidenti daha qlobal kontekstdə qiymətləndirir”