“Füzulinin azad olunmasının HƏRBİ ƏHƏMİYYƏTİ
Taktiki cəhətdən döyüşə təsir edən məsələ odur ki...
Azərbaycanın şanlı ordusu 2020-ci il oktyabrın 17-də Füzuli şəhərini işğaldan azad etdi. Ordumuz 1993-cü il 23 avqust işğal tarixinin üstündən xətt çəkərək, 27 il düşmənin tapdağı altında olan qədim bölgəni tamamilə azad edib. Qeyd edək ki, 1993-cü il 23 avqust həm də eyni gündə Cəbrayıl şəhərinin işğal olunması tarixi idi. Cəbrayılın işğal tarixi oktyabrın 4-də silindi.
Füzulinin azad edilməsi hansı perspektivlərdən xəbər verir. İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulmuşdu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşmüşdü. Füzulidən yayılan videokadrlardan da görünür ki, 27 il ərzində düşmən daşı daş üstündə qoymayıb.
Ümumilikdə Füzulinin azad olunması hansı hərbi əhəmiyyətə malikdir?
“Biz düşməni diz çökdürə bildik”
Hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycanın müharibə zamanı həyata keçirdiyi bütün əməliyyatlar müharibə planı əsasında mərkəzdən idarə olunurdu və Füzulinin də azad olunması məhz bu planın tərkib hissəsi idi.
Onun sözlərinə görə, Füzulinin azad edilməsinn bir neçə əhəmiyyəti var:
"Taktiki cəhətdən döyüşə təsir edən məsələ odur ki, Füzulinin ətrafındakı yol şəbəkəsi nəzarət altına alındı və Füzuli kimi böyük yaşayış məntəqəsi azad olundu. Füzuli mühəndis-ehkamları ilə güclü müdafiə olunan yaşayış məntəqələrdən biri idi. Orda düşəmənin xeyli texnikası məhv edildi və qənimətlər götürüldü. Demək olar ki, Füzulinin azad olunması Xocavənd, Ağdam, Ağdərə kimi rayonlarda düşmən qüvvəsini mühasitəyə almaq üçün çox əlverişli ərazi idi. Füzuli həmin istiqamtlərdən hansısa qüvvələrin çəkilib cənub istiqamətinə yönəlməsinin qarşısını alan ərazi idi”.
Ş.Ramaldanov Füzulinin alınmasının bizim hərbçilər üçün mənəvi- psixoloji əhəmiyyət daşıdığını önə çəkib:
“Hər azad edilmiş ərazimiz, o cümlədən Füzulinin azad edilməsi bizim döyüşçülərdə yüksək ruh yüksəkliyi yaradırdı. Düşmən isə öz silahını qoyub qaçır, planlı müqavimət göstərə bilmədiyi üçün fərarilik edirdi. Azərbaycan beynəlxalq siyasi arenada dünyaya gösətərə bildi ki, öz müharibəsini uğurla aparır, müasir texnikanın tətbiqini tam şəkildə həyata keçirə bilir. Dünya hərbi ehspertləri Azərbaycanın bu müaharibəsini 21-ci əsrin döyüşlərinə cavab verən müharibə kimi qiymətləndirir. Füzulinun azad edilməsi Şuşaya gedən istiqaməti daha da etibarlı elədi. Ona görə biz bu gün Şuşaya gedən yeni yolu Füzulidən başlayırıq. Füzulinin əhəmiyyəti böyükdür. Füzuli alınandan sonra digər əməliyyatlar daha sürətlə getdi və biz düşməni diz çökdürə bildik”.
“Bax, Füzulinin azad olunmasının ən mühüm əhəmiyyəti bu idi"
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Füzulinin işğaldan azad olunması avtomatik olaraq Qubadlı və Zəngilanın da azad edilməsi üçün böyük imkanlar açdı.
Onun sözlərinə görə, əsas əhəmiyyət Cəbrayıla verilmişdi və ardınca Füzulinin azad edilməsi həmin rayonların qısa zamanda nəzarətimizə keçməsi demək idi:
“Ermənilər Araz boyunca uzun müddət davam gətirə bilməzdi. Bu istiqamətdə əsas yol Füzulidən keçirdi. Oranın relyefi elə idi ki, silah, yanacaq, sürtkü materialları, ərzaq Füzulinin ərazisindən ermənilərə gedirdi.
Artıq Füzuli azad olunubsa, düşmən məcbur qalaraq ya İran ərazisindən hansısa çarə qılmalıdır, ya da orada məhv olacaqdı".
Ekspert qeyd etdi ki, Hadrut, Tuğ və strateji əhəmiyyətli digər ərazilərin və Füzulinin azad edilməsi Şuşaya yaxınlaşmaq deməkdir:
"Ümumiyyətlə, Füzuli böyük rayondur. Qubadlı və Zəngilan ərazisinə görə Füzulidən balacadır. Düşmən Füzulidə qarnizon yaratmışdı, ətrafları bununla təmin edirdi. Füzuli işğaldan azad olunandan sonra o imkanları olmayacaqdı. Bax Füzulinin azad olunmasının ən mühüm əhəmiyyəti bu idi". /hafta.az/
Tahirə Qafarlı
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...