Ekoloji məsələlər üzrə İşçi Qrupu məlumat yayıb

11:28 29-10-2021 | icon 598 | Sosial
Ekoloji məsələlər üzrə İşçi Qrupu məlumat yayıb

Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılan Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

 

İclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib.

 

Ermənistan ərazisindən mütəmadi çirklənməyə məruz qalan Oxçuçayda aparılan monitorinqlərin genişləndirilməsi, o cümlədən fiziki-kimyəvi analizlərlə yanaşı biomonitorinqlərin aparılması, ağır metallara həssas indikator növlərin müəyyən edilməsi və belə növlərin biokütləsinin hesablanması üzrə tədqiqatların aparılması üçün elmi institutlar cəlb olunmaqla plan-proqramın hazırlanmasına başlanılıb.

 

“Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər, o cümlədən işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədilə qoruq ərazisində ekoloji vəziyyətin qiymətləndirilməsi istiqamətində görülən işlər və planlar haqqında müzakirələr aparılıb.

 

Artıq bir-neçə ildir ki, dostluq və qardaşlıq rəmzi olaraq “Gələcəyə nəfəs ol” kampaniyası çərçivəsində Türkiyədə aparılan ağacəkmə tədbirlərinə ölkəmiz də qoşulur. Hər il olduğu kimi bu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək ağacəkmə tədbirləri işğaldan azad edilmiş ərazilərdə ətraf mühitin sağlamlaşdırılması ilə bağlı hədəflərimzə uyğun olaraq bu dəfə Qarabağ və Şərqi Zəngəzurda da geniş miqyasda keçiriləcəkdir.

 

Görüşdə həmçinin işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturu layihələrinin icrasında ətraf mühit məsələləri, peyk təsvirləri əsasında işğaldan azad edilmiş ərazilərdə meşə ehtiyatlarının ilkin qiymətləndirilməsi haqqında qrup üzvlərinə məlumat verilib.

 

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?