Nə edək ki, bizim belə bir mənfur qonşumuz var - Şair Ramaldanov

12:02 29-10-2021 | icon 816 | Qarabağ
Nə edək ki, bizim belə bir mənfur qonşumuz var - Şair Ramaldanov

Ermənilərin Gəncəyə, Bərdəyə atdığı raket dövləti cinayətdir. Bərdə faciəsindən bir il keçsə də, bir nəfərin belə tutulub cinayət məsuliyyətinə cəlb olunduğunu  görməmişik.

 

Versus.az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov Ermənistan Silahlı Qüvvələrinin Bərdəyə atdığı qadağan olunmuş silahın törətdiyi dağıntıların, faciənin hərbdə cinayət olması ilə bağlı şərhində bildirib.

 

Ş.Ramaldanov hesab edir ki, ermənilərin Bərdədə, Gəncədə hərbi cinayətlər törətməklə beynəlxalq hüquq normalarına etdiyi hörmətsizlik bu qanunları qəbul edən beynəlxalq aləmin prosesə ikili yanaşmasının nəticəsidir.

 

Hərbi ekspert bildirib ki, erməni ordusunun Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı BMT-də 4 qətnamə qəbul edilsə də,  işğalçını həmin qətnaməlləri yerinə yetirmyə məcbur etmək istəmədilər.

“Beynəlxalq hüquqda elə bir bənd yoxdur ki, ermənilər onu pozub cinayət törətməsinlər. Ermənistanın beynəlxalq hüquq normalarına hörmətsizlik etməsi ikilistandartların nəticəsidir. Böyük dövlətlər öz maraqları naminə Ermənistanın əl-qolunu açdılar.  Torpaqlar 30 il işğal altıda qaldı, Xocalıda soyqırım törətdilər,  mütəmadi olaraq yaşayış məntəqələrini atəşə tutdular. Əlbəttə, 44 günlük müharibədə də  ermənilərdən başqa hərəkət gözləmək olmazdı.  Ermənilər istər terorizm fəaliyyətini dəstəkləməklə, beynəlxalq terrorçuları özlərinin milli qəhrəmanları etməklə, istərsə də II dünya müharibəsində alman faşizminə işləyən və onlara xidmət eliyən şəxslərə heykəl qoymaqla, müharibə zamanı hərbi cinayətlərə əl ataraq  insanlığa sığmayan müharibə aparmaqla  tarixə düşüblər”.

Ş.Ramaldanov bildirib ki, ermənilərin Bərdəyə raket hücumu da məqsədyönlü, dnc əhalini hədəfə alan bir cinayət idi.

“Bir il keçsə də, cinayəti törədən təqsirkar şəxslər tapılmayıb.  Həmin cinayətkarların tapılıb məsuliyyətə alınmasında beynəlxalq aləm susur.  Hansı ki, Bərdəyə, Gəncəyə raket hücumundan sonra ora müxtəlif beynəlxalq qurumların nümayəndələri də gəldilər. Hadisəni öz gözləri ilə gördülər. Ancaq yenə də,  erməni quldurluğu cəzasız qalır. Nə qədər ki, cəzasız qalan belə faktlar olacaq, dünyada bir o qədər belə hallarla rastlaşacağıq”.

Hərbi ekspert bildirib ki, illərdir Azərbaycan dövlətinə, eləcə də Bərdədə törədilən törədilən cinayətlərin əmr verənləri bəllidir.  Lakin beynəlxalq təşkilatlar tərəfindən onların cinayət məsuliyyətinə alınması üçün heç bir cəhdlər edilmir.

Ş.Ramaldanov eyni zamanda qeyd edib ki, mülki vətəndaşlarımızın Bərdədə, Gəncədə, Tərtərdə və digər rayonlarda qadağan olunmuş raketlərlə hədəfə alınması bizə qarşı törədilən qara səhifələrdir.

“Nə edək ki, bizim belə bir mənfur qonşumuz var. Lakin gələcək nəsillər bunu unutmamalıdır. Bilməliyik ki, erməni erməni olaraq qalır. Biz onu da gördük ki, 44 günlük müharibədə xalq ordu ilə bir oldu. İnsanlarımız nə qədər atəşə məruz qalsalar da, yarıdağılmış evlərini tərk etməyərək orduya dəstək oldular. Biz bu müharibədə bərdəlillərin, gəncəlillərin də dəstəyini gördük. Azərbaycan xalqı öz sözünü deyən xalqdır. Ordumuz o şəhidlərin qisasını aldı. Bundan sonra Aərbaycanın beynəlxalq müstəvidə imici, nüfuzu artır. Beynəlxalq aləm üzünü Azərbaycana tərəf tutur. Bu vəziyyətədən irəli gələrək Azərbaycan beynəlxalq səviyyədə hüquqşünasları cəlb edərək, cinayətkarların öz cəzalarını almasına çalışacaq. Artıq müraciətlər hazırlanır. Düşünürəm ki, şəhidlərin qisası alınacaq”.(hafta.az)

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq