Şuşanın azad olunmasından bir gün sonra...
Azərbaycan Ordusu xeyli kəndi bir gündə işğaldan təmizlədi
44 günlük Vətən müharibəsi dövründə Şuşanın işğaldan azad edilməsinin elan olunmasından bir gün sonra Azərbaycan Ordusu sürətli hərbi əməliyyatları davam etdirdi.
Versus.Az xəbər verir ki, 9 noyabr tarixi 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəkliyin azad olunması ilə yadda qaldı.
Həmin əraziləri təqdim edirik:
Şuşa rayonu üzrə: Daşaltı kəndi;
Füzuli rayonu üzrə: Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyidmahmudlu, Ələsgərli, Aşağı Güzlək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hüseynbəyli, Saracıq kəndləri;
Xocalı üzrə: Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq kəndləri;
Xocavənd rayonu üzrə: Susanlıq, Binə, Tuğ, Ağdam, Azıx, Böyük Tağlar, Salatəkin, Zoğalbulaq, Arakül, Tağaverd, Zərdanaşen, Şexer kəndləri;
Cəbrayıl rayonu üzrə: Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Molla Həsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər kəndləri;
Qubadlı rayonu üzrə: Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri;
Zəngilan rayonu üzrə: Keçikli, Ördəkli, Sobu, Qaragözə, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi, Bartaz yüksəkliyi (2300 metr), Sığırt yüksəkliyi (1370 metr) Şükürataz yüksəkliyi (2000 metr)
Laçın rayonu üzrə: Güləbird, Səfiyan, Türklər kəndləri.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi