Vətən müharibəsi qazisi vəfat etdi
44 günlük Vətən müharibəsi qazisi, Əlizadə İslam, bu gün səhər saatlarında dünyasını dəyişib.
Versus.Az xəbər verir ki, bu barədə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin mətbuat katibi Nicat Abbasov məlumat verib.
Ailə üzvlərinin məlumatına görə, İslam Əlizadə ötən gün yatıb və bir daha oyanmayıb. Onun hansı səbəbdən vəfat etməsi isə hələlik məlum deyil.
Qeyd edək ki. İslam Əlizadə 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. O, Müharibə zamanı ayağından yaralanıb.
Allah rəhmət eləsin!
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi