Qarabağda yaşayıb-işləyəcək şəxslərə vergi güzəştləri olacaq

14:21 06-12-2021 | icon 414 | Qarabağ
Qarabağda yaşayıb-işləyəcək şəxslərə vergi güzəştləri olacaq

"Sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı da təkliflər hazırlanır"

 

Gələn ildən başlayaraq, işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra vergi güzəştləri veriləcək.

 

Versus.az xəbər verir ki, bunu işğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları mövzusunda elmi-praktik konfransda İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

 

Nazir müavini həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı kifayət qədər böyük çəkiyə malikdir və hazırda kənd təsərrüfatı məhsullarının istehsalı torpaq vergisi istisna olunmaqla bütün vergilərdən azaddır:

 

"Əlavə olaraq 2022-ci il yanvar ayının 1-dən 3 il müddətinə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlər də ƏDV-dən azad ediləcək".

 

Nazir müavini əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlara) vergi güzəştləri və tətillərinin, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır:

 

"İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsini və investisiya cəlbediciliyinin artırılmasını, optimal güzəştlərin hazırlanmasını və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasını əhatə edən layihələr üzərində işlər davam etdirilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq