Qarabağın ən böyük problem budur  

11:57 09-12-2021 | icon 453 | Qarabağ
Qarabağın ən böyük problem budur  


Biz qələbə qazandıqdan sonra azad olunan ərazilərimizin işğal dövründə ermənilərin tərəfindən tamamilə dağıdıldığının, bütün infrastrukturun, tarixi-mədəni, dini və qəbirüstü abidələrimizin talan edilməsinin, hətta evlərinin kərpiclərinin sökülüb aparılmasının şahidi olduq. Qarabağda həyat tamamilə məhv edilmişdi. Biz hazırda Qarabağa yenidən həyat veririk, bütün əraziləri bərpa edirik. “Qarabağa Qayıdış” proqramı Azərbaycan dövləti tərəfindən uğurla həyata keçirilir və bütün proseslərə ölkə başçısı İlham Əliyev şəxsən rəhbərlik edir. Ancaq Qarabağda qarşılaşdığımız ən böyük problem torpaqlarımızın ermənilər tərəfindən minalarla çirkləndirilməsidir.

 



Versus.az xəbər verir ki, bu sözləri millət vəkili Naqif Həmzəyev deyib.



Deputat bildirib ki, ərazilərimizin tam şəkildə minalardan təmizlənməsi prosesi başa çatmadan Qarabağda abadlıq və quruculuq işlərinin sürətlə aparılması faktiki olaraq mümkün deyil: “Ötən bir il ərzində işğaldan azad olunan ərazilərdə dövlətimiz tərəfindən çoxlu infrastruktur layihələri həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları böyük bir inşaat ərazisini xatırladır, orada böyük işlər görülür. Ancaq minalanmış ərazilərin xəritələrinin gec verilməsi bu proseslərin aparılmasını bir qədər gecikdirdi. Prezident İlham Əliyevin siyasi və diplomatik məharəti nəticəsində biz bəzi rayonların ərazilərinin minalanmış xəritələrini Ermənistandan ala bildik. Ancaq sonradan məlum oldu ki, bu xəritələrin dəqiqliyi 25% təşkil edir. Bu isə prosesləri bir qədər də uzatdı. Ancaq ümumi olaraq bütün minalanmış ərazilərin xəritələri alınıb. Bu xəritələrin neçə faiz dəqiq olub-olmaması araşdırılır. Düşünürük ki, bu proses tez bir zamanda yekunlaşacaq və sözügedən xəritələrin nə qədər dəqiq olduğunu biləndən sonra işimizi tam şəkildə qura biləcəyik.

Bütün bunlarla yanaşı ərazilərimizin minalardan təmizlənməsi prosesi uğurla aparılır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən bu proses dayandırılmadan həyata keçirilir. Türkiyə başda olmaqla, bir çox ölkələr də bu məsələdə Azərbaycana dəstək olurlar. Minaların təmizlənməsi prosesini sürətlə həyata keçirməklə, Qarabağa qayıdışı daha yaxın edəcəyik”.

N.Həmzəyev Qarabağa icazəsiz səfərlərin acı nəticə ilə yekunlaşdığına diqqət çəkib və hər kəsin minaların nə dərəcədə təhlükəli olmasını anlamasının vacibliyini vurğulayıb: “Ərazilərimiz işğaldan azad edildikdən sonra təəssüflər olsun ki, onlarla həm dinc sakin, həm də hərbçimiz minaya düşüb. Jurnalistlərimiz fəaliyyətləri zamanı minanın qurbanı olublar. Bəzən isə vətəndaşlarımız icazəsiz olaraq azad olunan ərazilərə səfər etmək istəyirlər. Bu proseslər heç də yaxşı yekunlaşmır. Bu baxımdan, bütün vətəndaşlarımıza səslənirəm ki, bacardığımız qədər səbrli olaq. Dövlət qurumlarının icazəsi olmadan azad olunan ərazilərə səfər etməkdən çəkinək. Xüsusi qurumlar tərəfindən öz ata-baba yurdlarını görmək istəyən vətəndaşlarımız üçün turlar təşkil olunur. Hava şəraiti imkan verdikdən sonra, bu turlar daha da intensiv olaraq həyata keçiriləcək və hər kəs öz yurdunu ziyarət edə biləcək”.

 
 
Ləman
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI