Şəhid əsgərimiz yanvarda tərxis olunacaqdı
Xəbər verdiyimiz kimi, bu gecə Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Versus.az xəbər verir ki, 2002-ci il təvəllüdlü şəhidimiz Asif Əliyev əslən Siyəzən rayonunun Zarat kəndindəndir. O, subay olub.
A.Əliyev ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış. Şəhidin bir bacısı var.
O, Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi