Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

11:52 11-12-2021 | icon 535 | Siyasət
Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

“Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən müvafiq addımların atıldığı bir vaxtda, xüsusilə də 3+3 formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində Ermənistan tərəfi təxribatçı fəaliyyətini davam etdirir. Bu, Ermənistanın aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirir”.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın təxribatlarına dair yaydığı bəyanatda belə bildirilib.



Qeyd olunub ki, iki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyəti birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir:

 

“Ermənistan XİN-in Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsi tamamilə əsassızdır. Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır”.

 

Rəsmi Bakı bəyan edib ki, əgər Ermənistan həqiqətən bölgədə sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmalı və imitasiyalara son verməlidir:

 

“Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq”.

 

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam edirib.

 

8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub.

 

9-10 dekabr tarixlərində isə Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini intensiv atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəfin təxribatlarının qarşısı alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72