Nazir məktəblərdə baş verən neqativ hallardan DANIŞDI
Təhsil naziri Emin Əmrullayev son günlər Azərbaycanda fəaliyyət göstərən məktəblərdə baş verən neqativ hallarla bağlı məsələlərə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 4400-dən çox məktəb, 150 min müəllim, 1 milyon 600 min şagird var:
“Təxminən bu qədər də valideyn var. Çox milyonluq qrupda mütəmadi olaraq hər hansı bir neqativ hallar olur. Təbii ki, istəməzdik belə faktlar olsun. Belə hadisələr olan zaman Təhsil Nazirliyi müvafiq araşdırmalar aparıb qanun çərçivəsində həmin hadisələrə qiymət verir. Son illər ərzində açıq neqativ hallarla bağlı hər zaman nazirliyin mövqeyi eyni olub. Yəni həmin hadisələr sona qədər araşdırılıb. Sistem o qədər böyükdür ki, hansısa müəllim, direktor və ya valideyn, eləcə də şagirdlər arasında konflikt olacaq. Bunun qarşısını almaq təbii ki, bizim ideal arzumuzdur. Lakin real dünyada yaşayırıq və cəmiyyət də bizimlə birlikdə çalışmalıdır ki, belə hallar minimallaşsın və olmasın. Olduğu halda da Təhsil Nazirliyi mütəmadi olaraq müvafiq addımlar atır və hər il bir neçə onlarla direktor işdən ayrılır, təhsil şöbə müdirlərinə müvafiq qaydada əmək müqavilələrinə xitam verilir. Bu davamlı prosesdir. Burada söhbət 5-10 nəfərdən getmir. Nəzərə alsaq ki, 4 400-dən çox məktəbdən söhbət gedir. Hər direktorun da 3-4 müavini var. Məktəb kifayət qədər mürəkkəb və hər gün insanlar arasındakı ünsiyyətdən danışırıq. Mütləqdir ki, milyonlarla insanın ünsiyyətində müəyyən neqativlər ola bilər. Hər bir məsələ araşdırmalı və nəticəsi barədə də ictimaiyyətə geniş məlumat verilməlidir”.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi