“Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir”
“Son illərdə Müəllimlərin İşə Qəbulu imtahanı nəticəsində işə qəbul olan müəllimlərin sayı 18 min nəfərdən 55-56 min nəfərə çatıb, yəni bu rəqəm üç dəfə artıb”.
Versus.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunan mərasimdə təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, bu, daha artıq rəqabətqabiliyyətli və keyfiyyətli müəllim seçmək imkanı yaradıb.
Nazir qeyd edib ki, ali təhsil müəssisələrində 500 baldan yuxarı bal toplayan hər dörd nəfərdən biri müəllimlik ixtisasını seçir:
“Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir. XXI əsr müəlliminə XX əsr müəllimindən olan bacarıqlarla yanaşı, əlavə bacarıqlar da tələb olunur, artıq yeni bacarıq tələbləri var. Son illərdə mümkün reallıqlar çərçivəsində ADPU-nun daha keyfiyyətli kadr hazırlığı baxımından böyük işlər görüb. Bu universitetin məzunlarının yarısı ali məktəbi bitirdikləri ilk ildə MİQ vasitəsilə işə qəbul olur”.
E.Əmrullayev əlavə edib ki, torpaqlarımız işğaldan azad olunub və ADPU məzunlarının bir qismi fəaliyyətini həmin yerlərdə davam etdirəcək.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi