Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

19:12 10-12-2018 | icon 913 | Təhsil
Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

İngilis dili müəllimi beynəlxalq dərəcəli diploma layiq görülüb

 

Abşeron rayon Xırdalan şəhər 7 saylı tam orta məktəbin ingilis dili müəllimi Cəsarət Pənahalıyev beynəlxalq dərəcəli diploma layiq görülüb.

 

Versus.Az-ın məlumatına görə, Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi başa çatıb.

 

Müsabiqənin qalibi olan Dinamik Təhsil Layihəsi 1 ay müddətində Abşeron rayon Xırdalan şəhərində 40-dan çox məktəb arasında 400 müəllimin iştirakı ilə təlimlər keçirib. İngilis dilinin İnteraktiv Tədrisi adlı təlimlər hər məktəb üzrə 3 gün davam edib.

 

Layihənin növbəti mərhələsi dekabrın 7-də keçirilən Beynəlxalq Təhsil konfransı ilə diqət çəkib. Belə ki, konfransda iştirak edən müəllimlər İspaniya, Yunanıstan, Hindistan, Sudan və bir sıra beynəlxalq ölkələrdə İngilis dilinin interaktiv tədrisi haqqında daha geniş şəkildə məlumatlandırılıblar. Bununla yanaşı proqramın üstün keyfiyyətləri və xüsusiyyətləri haqqında məlumatlar verilib.

 

Daha sonra mükafatlandırılma mərasimi başlayıb. 400 müəllimin işərisindən üç nəfər beynəlxaq dərəcəli diploma layiq görülüb.

Onlardan biri Xırdalan şəhər 7 saylı tam orta məktəbin ingilis dili müəllimi Cəsarət Pənahalıyevdir. Cəsarət müəllim diplomu qəbul edərkən sözügedən layihənin ideya və təşkilatçılarına təşəkkür edib, bu cür layihələrin davamlı olmasının önəmindən danışıb.

 

Qeyd edək ki, Dinamik Təhsil Layihəsinin əsas məqsədi İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaqdır.

 

 

 

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?