Koronavirusdan qoruya bilən molekul
Helsinki Universitetinin alimləri koronavirusdan qoruya bilən molekul yaradıblar. Bu barədə yanvarın 10-da universitetin mətbuat xidmətindən məlumat verilib.
“Təcrübələr göstərir ki, alimlər tərəfindən yaradılmış yeni TriSb92 molekulu, hətta yoluxma riski yüksək olan hallarda belə, ən azı səkkiz saat ərzində koronavirusdan qoruyur. Peyvəndlərin verdiyi mühafizədən fərqli olaraq, molekulun təsiri tətbiq olunduğu andan başlayır”,-deyə dərc olunmuş məlumatda deyilir.
Araşdırmanın müəllifi Anna Myakela malekulun sınaqlarının siçanlar üzərində aparıldığını qeyd edib. Maddəni qəbul edən heyvanlar COVID-19-a yoluxmayıb, qalanları isə yoluxub.
Tədqiqatçı TriSb92 molekulunun koronavirusun müxtəlif variantlarına qarşı təsirli ola biləcəyini qeyd edib. O, molekulun digər antikoronavirus dərmanları ilə birlikdə istifadə edilməsi təklif edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"