"Rusiya komandanı dəyişdirməklə bölgədəki siyasətini dəyişmir"-Şərh
Rusiyanın Qarabağda yerləşən sülhməramlı adlandırdığımız kontingentin komandanını növbəti dəfə dəyişməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Qarabağda sülhməramlı komandanlığının tez-tez dəyişməsinə səbəb nədir və yaxud “yenilər” əvvəlki komandanların fəliyyətlərindən nə ilə fərqlənir.
Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyətinə və davranışlarına baxanda bu dəyişimlərin heç də sabitliyin yaradılmasına yönəlik addımlar olmadığı, daha çox erməniyə xidmət göstərdiyi diqqət çəkir. Bu yeniliklə sanki nə dəyişəcək? Bütün hallarda “Rusiya sülhməramlılarının Qarabağdakı komandanının dəyişməsi ilə ümidlənən ictimaiyyət nəyi bilməlidir?
Versus.az xəbər verir ki, hərbi ekspert Elxan Şıxəliyev şərhində bildirib ki, Rusiyanın sülhməramlı adı ilə Qarabağda yerləşdirdiyi hərbi qoşunun komandanını dəyişdirməklə özünün bölgədəki siyasətinə dəyişiklik etmir. Bu sadəcə Rusiyan Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin hərbçilərinin sülhməramlı adı ilə Qarabağda apardığı işlərlə bağlıdır.
E.Şıxəliyev hesab edir ki, biz onlara Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti kimi yanaşdığımız üçün baş verən hadisələrin nəticələrini də o kontekstdə qiymətləndirmək istəyirik və bu isitiqamətdə suallar yaranır.
Hərbi ekspert bildirib ki, əslində “ruslar öz sülhməramlılarına necə yanaşır” sualına cavab verməklə bir çox nüanslara aydınlıq gətirmək olar.
“Bizim “sülhməramlı” dediklərimiz Rusiyanın cənub hərbi dairəsinin hərbçiləridir. Bu da o deməkdir ki, onların o bölgədəki komandanı rotasiya qaydasında istənilən gün, istənilən ay dəyişdirilə bilər. “Sülhməramlı komandanı” adlandırdığımız şəxslərin dəyişdirilməsinin, xüsusən də bu dövrə təsüdüf etməsi, əslində sülhməramlı kontingentinin komandanının vəzifələrinin yerinə yetirilib yetirilməməsindən daha çox Rusiyanın hərbi iorarxiyasının harda, necə görünməsindən daha çox asılıdır. Yəni Rusiya Cənub Hərbi Dairəsinin komandanı Qarabağda komandan təyin etdiyi zabitini başqa bir vəzifədə görmək istədiyi üçün onu ordan götürüb yerinə başqasını təyin edə bilər. Bu, Rusiya hərbi iorarxiyasına dəlallət edən bir elementdir.
Biz onları sülhməramlı kimi görmək istədiyimiz üçün belə düşünürük ki, guya onlar burda vəzifələrini düzgün yerinə yetirmədiyi üçün dəyişir. Əslində isə Rusiya MN-nin Cənub Hərbi Dairəsinin daxilində o qədər general vəzifələri var ki, onların rotasiya qaydasında tez-tez dəyişməsi adi haldır. Burda məqsəd ondan ibarətdir ki, burda təcrübə qazananları aparıb başqa vəzifəyə təyin edirlər. Ola bilər ki, burada təcrübə keçənləri Qazaxıstanda yerləşən sülhməramlıların üzərində istifadə eliyəcəklər”.
E.Şıxəliyev bildirib ki, Rusiya müdafiə sistemi özünün hərbçilərinə biz düşündüyümüz kimi yanaşmır. Yəni Rusiya hərbçilərinin yerlərdə özünün vəzifələrini necə icra etməsinə baxmır.
“Məsələn, hamının Qarabağda sülhməramlıların komandan kimi ilk tanıdığı Rüstəm Muradov vəzifəsindən ayrılsa da, bölgəyə tez-tez gəlir. O, Rusiya sülhməramlıları adına Azərbaycanla Ermənistan arasında hərbi məsələləri koordinasiya edir, əsirlərin qaytarılmasını yerinə yetirir və sair. Muradov özü Cənub Hərbi Dairəsinin Komandanının müavinidir. Komandan müavini tez-tez dəyişilməz. Bunlar 4-5 ildən bir dəyişdirilən vəzifələrdir və onlar regiondakı sülhməramlı hərbçilərin komandanı sayılırlar. Muradovun vəzifəsi yüksək olduğu üçün burdakı komandanlara rəhbərlik edir, koordinasiya edir”
Hərbi ekspertin fikrincə, biz bu kimi dəyişiklikləri çox da önəmsəməməliyik. Onun fikrincə, biz Cənub Hərb Dairəsinin tapşırıqlarının sülhəramlı dediyimiz kontingent tərəfindən necə yerinə yetirilməsinə diqqət çəkməliyik.
“Bizim üçün sülhməramlılara kimin komandan olması yox, hansı tapşırıqları yerinə yetirməsi əsasdır. Bu gün Qarabağdakı hərbçilər sülhməramlı kontingentin vəzifələrindən çox Rusiya Cənub Hərbi Dairəsinin komandanının tapşırıqlarını direktivlərini həyata keçirirlər. Nə tapşırıq verilirsə onu da icra etməyə məcburdular. Görünən odur ki, rus hərbçiləri Qarabağda sülhməramlı fəaliyyətini imitasiya edirlər. əgər sülhməramlı kontingenti ayrıca bir beynəlxalq qurum kimi bölgəyə daxil olsaydı, onların nizamnamələri və yerinə yetirəcəyi tapşırıqların nədən ibarət olduğu aydın olardı. Əslində müvəqqəti yaradılan qurumların icraatı da bu qədər olur.
Bizə qəribə gəlir ki, niyə bunlar sülhməramlılar kimi davranmırlar. Onların daha çox Ermənistan yönümlü fəaliyyəti görünür. Bundan da əlavə Rusiya FHN -in fəaliyyəti orda xiyaban qurması, inşaat işləri aparması, heykəllər qoyması, köçürmələr həyata keçirməsi ilə diqqət şəkir. Qeyri-standart fəaliyyət isə rusların özlərinin mövcudluğunun vaxtını uzatmaq, öz vacibliklərini çoxaltmaq üçün edilən əməllərdir”.
Hərbi ekspert bildirib ki, Azərbaycan silahlı qüvvələrinin sülhməramlıların bu cür fəaliyətinə müdaxilə edilməsi praktikada mümükün deyil.
“Onlar öz fəaliyyətlərini öz hərbi iorarxiyası üzərindən yerinə yetirirlər. Burda yalnız koordinasiya edilərək fəaliyyətin yerinə yetirlməsi mümkündür. Bu da Ağdamda Türkiyə ilə monitorinq nəzarət qrupunun fəaliyyətində özünü gösətrir”. (hafta.az)
T.Qafarlı
Versus.az
Xəbər lenti
Robotun köməyi ilə UNİKAL ƏMƏLİYYAT
"Əməliyyatdan sonra ağrının şiddətini azaltmağa imkan verir"