“Azərbaycan xalqının səbri müddətsiz deyil, biz daha 30 il də gözləyə bilmərik”

16:29 12-01-2022 | icon 767 | Qarabağ
“Azərbaycan xalqının səbri müddətsiz deyil, biz daha 30 il də gözləyə bilmərik”

 “Münaqişəli vəziyyət qalırsa, şəhidlərimiz də olacaq və bu, arzuolunmaz haldır. Şübhəsiz ki, ölkə rəhbərliyi, aidiyyatı qurumlar məsələ ilə bağlı ciddi işlər aparır. Azərbaycan Ermənistana axırıncı xəbərdarlığını edir; belə davam edərsə, onlar üçün nəticələri ağır olacaq. Azərbaycan, ölkə başçısı bu xəbərdaqlığı əvvəlki illərdə də etmişdi və sonda düşmən başının necə  əzildiyini gördü. Əgər Kəlbəcərdəki hadisələr davam edərsə, Ermənilərin bölgədəki mövcudluğu sual altına düşəcək”.  

 

 

Versus.az hafta.az-xəbər verir ki, hunu hərbi ekspert Emin Həsənli Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində törətdiyi təxribat və  nəticədə bir hərbi qulluqçumuz -müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Nəzərov Ayaz Azər oğlunun şəhid olması ilə nəticələnən hadisə ilə bağlı açıqlamasında bildirib.

Allah Şəhidimizə rəhmət eləsin.

 

E.Həsənli bildirib ki, Ermənistan 30 il beynəlxalq hüququa əməl etmədən işğalçılıq siyasətini davam etdi. Nəhayət 2020-ci ildə  Azərbaycan özü beynəlxalq hüququn normalarına uyğun olaraq öz torpaqlarını işğaldan azad elədi. 

 

“Ötən müddət ərzində Ermənistan silahlı qüvvələri dəfələrlə sərhəddə təxribatlar törədiblər. Azərbaycan xalqının səbri müddətsiz deyil, biz daha 30 il də gözləyə bilmərik.  Erməniləri Qafqaza gətirib onlardan maşa-silah kimi istifadə edənlər fikirləşməlidirlər ki, ya Azərbaycana dəymiş zərərin təzminatını ödəyib, ərazi bütövlüyünü tanıyıb burda dinc yaşamalıdırlar, ya da biz onları gəldikləri yerə yola salmağı bilirik.  Erməniər Cənubi Qafqaza gələndən qan-qada, münaqişə daim var. Bu belə davam edə bilməz”.

 

Hərbi ekspert erməni vəhşiliyinə, təxribatlarına son qoyulması üçün iki yolun olduğunu deyib.  Ya erməniləri Qafqaza gətirən və prosesi aparan erməni lobbiləri, Rusiya məsələni özləri bitirməlidir, ya da erməniləri götürüb öz ölkələrinə aparmağa məcbur olacaqlar.  

 

“Azərbaycan ordusu, əsgəri istənilən təxribatın qarşısını alır və düşmən itki verir. Amma  məsələyə birdəfəlik nöqtə qoyulmalıdır”.

 

E.Həsənli bildirib ki, münaqişənin davam etməsində maraqlı olan qüvvələr bu gün başqa ölkələrdən Xocalıya, Xankəndiyə gətirdikləri ermənilərlə, ruslarla heç nəyə nail olmayacaqlar.

 

“Vaxtilə o cür erməni köçləri digər rayonlarımıza da aparılmışdı. Amma sonra hər şeyini götürüb getdilər. Azərbaycan hökuməti sözünü dedi.  Təbii ki, bu gün bizi narahat edən “Laçın dəhlizi” də öz həllini tapacaq. Bir gün Azərbaycan daxili qoşunları gedə bilmədiyimiz ərazilərdə pasport yoxlamaları aparıb əsl vətəndaşlığı olanları bütün parametrləri ilə müəyyən edib, ölkədə istədiyimiz nizam-intizamı yaradacaq. O zaman Azərbaycan konstitusiyasını qəbul edən, heç bir cinayət əməli olmayan erməni əsilli vətəndaşlar da burada yaşaya biləcəklər. Əgər istəməyəcəklərsə, yol açıqdır”.(hafta.az)

 

T.Qafarlı

Versus.az

T

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq