“Laçın dəhlizi” daim Azərbaycanın  nəzarətində olduğu üçün...

16:38 12-01-2022 | icon 470 | Qarabağ
 “Laçın dəhlizi” daim Azərbaycanın  nəzarətində olduğu üçün...

 

Rusiya sülhməramlı kontingentində komandanlığın növbəti dəfə dəyişməsi müəyyən mənada diqqəti çəkir və suallar doğurur. Reallıq budur ki, sülhməramlı komandanlığının dəyişməsi Rusiya Müdafiə Nazirliyinin daxili işidir və komandanlığın dəyişdirilməsinin səbəbləri məxfi saxlanır.

 

 

 

Versus.az hafta.az-a istinadla xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov Rusiyanın Qarabağda yerləşdirdiyi sülhməramlı qüvvələrin komandanının tez-tez dəyişdirilməsi və bu dəfə yeni vəzifəyə general -mayor Andrey Volkovun təyinatı ilə bağlı yaranan suallara cavab verərəkən bildirib.

 

 

Ş.Ramaldanov bildirib ki, general -mayor Andrey Volkov, generel -leytinant Rüstəm Muradovun komandanlığı dövründə onun müavini olub. A.Volkov artıq Rusiya sülhməramlı qüvvələrin Qarabağdakı  fəaliyyəti ilə tanış olan vəzifə sahibidir.

 

Hərbi ekspert bu mənada A.Volkovun yeni təyinatını məntiqlə qarşılayıb. Eyni zamanda əvvəlki komandan general-leytinant Gennadi Anaşkinin hansısa yeni bir vəzifə üçün nəzərdə tutulduğunu istisna etməyib.

 

Ş.Ramaldanov bütün hallarda ölkəmizin Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı müəyyən işbirliyi və təcrübəsinin olmasına diqqət çəkib.

 

“Rusiyanın sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşib. Azərbaycanın sülhməramlı kontingenti ilə öz maraqlarından irəli gələn müəyyən əlaqə və nəzarət  mexanizmləri var. Bu mexanizmlər sərhəddə atəşkəsin pozulması, təxribatlar zamanı işlənir. Azərbaycan silahlı qüvvələri rəhbərliyi bəzi məsələlərlə bağlı Rusiya sülhməramlı qüvvələrə etirazını bildirir və müəyyən tələblər irəli sürərək məsələlərin həllinə nail ola bilir.  Digər tərəfdən Azərbaycan sülhməramlıların yerləşdiyi bütün ərazini açıq və gizli nəzarət mexanizmlərı ilə idarə edir. Bizim üçün maraqlı olan orada qalan ermənilərin hansı qüvvələrin təsiri altına düşməsinə nəzarət etməkdir. Və bu,  ermənilərin hansısa təxribatlara əl atmaması üçün qabaqlayıcı tədbirlər görməyimizə imkan yradır. Düşünürəm ki, monitorinq xidməti Rusiya sülhməramlılarının komandanlığına müəyyən məlumatlar verərək bəzi təxribatların qarşısını ala bilib.  Bu geniş müzakirə mövzusu olmasa da, Azərbaycan dövləti öz ərazisində kimin komandan olmasından asılı olmayaraq sülhməramlılara və əraziyə nəzarət etmək, məlumatlar toplamaq üçün işlər aparır.  Bu da normal addımdır. Bizim məqsədimiz təxribatların olmaması və orda yaşayan ermənilərin gələcəkdə Azərbaycan vətəndaşları kimi sülhə adaptasiya edilməsidir”.

 

 

Hərbi ekspert bildirib ki, sülhməramlıların olduğu “Laçın dəhlizi” daim Azərbaycan tərəfinin nəzarətində olduğu üçün Rusiya tərəfindən atılan uyğun olmayan addımlara dərhal reaksiya verilir və Rusiya komandanlığı, dövləti qarşısında tələblər irəli sürülür.

Ş.Ramaldanov ümumən Azərbaycan Prezidentinin sülhməramlıların fəaliyyətini müsbət qiymətləndirməsi məqamına toxunub.

 

“Deməzdim ki, sülhməramlı qüvvələri nöqsansız fəaliyət göstərir. Bu haqda bizim məlumatımz var. Atəşkəsin pozulması, qubara ilə törədilən terror aktı, “Laçın dəhlizi”ndən müəyyən xarici siyasi şəxlərin keçməsi, köçürülmələr və buna qarşı verilən reaksiyalar hər kəsə bəllidir”.

 

Hərbi ekspert sülhməramlıların nöqsanlı davranışını qeyd edərkən, rus icraçıların ermənilərin arasında yaşamasına və bu reallığın da doğurduğu psixloji təsirədiqqət çəkib. O, kiçik rus komandirlərin, çavuş heyətinin, kiçik rütbəli hərbçilərin “qonaqlığa” olan meyilini nəzərə alaraq, bunu onların fəaliyyətinə təsir edən mənfi faktor kimi dəyərləndirib.

 

“Lakin bizim bu hallara qarşı tədbirlərimiz  var və daim işlək vəziyyətdəyik. Biz sülhməramlıların Azərbaycan maraqlarına uyğun fəaliyyət göstərməsini nəzarətdə saxlamağa çalışırıq”.

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq