Həmin tərbiyəçi təhqiqata cəlb edildi
“Sosial şəbəkələrdə İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, üç yaşlı uşağı vuran bağçanın tərbiyəçi - müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib.
Həmin şəxs ailəlidir, 2 övladı var.
E.Hacıyev qeyd edib ki, araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi