Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

16:18 15-01-2022 | icon 732 | Geopolitika
Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

 Samir Hümbətov: "Ölkə başçısının bu fikirləri Kremlə birbaşa mesajdır"

 

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində rus sülhməramləları ilə bağlı maraqlı və diqqətçəkən fikirlər səsləndirib.

 

“Prezident bildirib:  -Qıcıq doğuran məsələ odur ki, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik.... gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır”

Bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır.”

 

Beynəlxaql Münasibətlər və Diplomatiya Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov prezidentin Rusiya sülhməramlıları haqqında dediyi bu fikirləri Versus.az-a şərh edərkən mühüm nüanslara diqqət çəkib:

 

“Ölkə başçısının bu ifadələri işlətməsi onu göstərir ki, artıq rus sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti olaraq dislakasiyasının nizamnaməyə uyğun həyata keçirilməsində böyük problemlər var. Problemlər ondan ibarətdir ki, Rusiya sülhməramlıları Qarabağda atdıqları addımlarda qoyulan tələbləri kobud şəkildə pozurlar. Bu da artıq Azərbaycanda ən yüksək səviyyədə tənqid olunur. Çünki onların fəaliyyəti bu və ya digər formada Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilməlidir”.

 

S.Hümbətov hesab edir ki, ölkə başçısı da rus sülhmramlıların özbaşınalığını qeyd etməklə iki məsələyə toxunub:

"Birincisi bu, Azərbaycanın Qarabağ ərazisinə qanunsuz səfər edənlərlə bağlı məsələdir. Üstüörtülü olaraq prezident bu məsələyə toxundu. İkincisi, bəzi erməni ailələri var ki, onlar Qarabağda yaşamaq istəmir. Bu ailələr Ermənistana, ya da dünyanın başqa ölkələrinə getmək istəyir. Rusiya sülhməramlıları da onlara qarşı suni maneələr yaradırlar və onları Qarabağda saxlamaq istəyirlər. Çünki Qarabağda erməni əhalisi nə qədər çox olsa, rus sülhməramlılarının orada qalmaq şansı daha çoxdur. Eyni zamanda prezident Qərb ölkələrinə, Türkiyəyə və digər ölkələrə də mesaj verdi”.

 

Politoloqun fikrincə, ölkə başçısının bu fikirləri səsləndirməsi Kremlə birbaşa mesajdır. Onun sözlərinə görə, Prezident bildirmək istədi ki, onların atdıqları addımlardan xəbərdarıq:

 

"Buna görə də növbəti illərdə Rusiya sülhməramlılarının Qarabağda qalması məsələsinə növbəti dəfə baxa bilərik. Yəni Azərbaycan sülhməramlıların Qarabağda qalmasına razılıq verməyə bilər. Bu imkanlar əlimizdə var. Eyni zamanda prezident Qərb ölkələrinə, Türkiyəyə və digər ölkələrə də mesaj verdi. Yəni prezident o ölkələrə rus sülhməramlılarının özbaşınalığını çatdırdı. Prezident bildirdi ki, biz sülhün qorunması üçün əlimizdən gələni edirik, amma problem qarşı tərəfdədir. Bununla da ölkə başçısı onu bildirdi ki, Azərbaycan ən üst səviyyədə öz hüquqlarının qorunması ilə bağlı bütün ciddi lazımı tədbirləri atır. Bundan sonra da atacaq”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR