Bu dəfə təsdiqlənmədi
Abşeronda məktəbdə şagirdin döyülməsi barədə iddia təsdiqini tapmayıb.
Versus.Az oxu.az-a istinadən xəbər verir ki, məlum olub ki, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə 2019-cu ildə baş vermiş narazılıq yeni məlumat kimi bu günlərdə gündəmə gətirilib.
Məktəbin müəllimi A.Məmmədova açıqlamasında məlumatın yayılmasında məktəb rəhbərliyini günahlandırıb:
“Çünki biz ondan şikayət etmişik, etdiyi qanunsuzluqlar üzə çıxıb”.
Döyüldüyü iddia edilən şagirdin valideyni G.Yusifova da açıqlamasında onun məktəbdən və müəllimdən heç bir narazılığının olmadığını deyib:
“Heç bir narazılığım yoxdur. Biz direktor və müəllimin barışmasını istəyirik. 2019-cu ildə bizim ailəmizdə problemlər olduğu üçün övladım dərsə gedə bilməyib”.
Məktəbin direktoru Çinarə Atayevadan isə açıqlama almaq mümkün olmayıb.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi