Müəllimlərin maaşları ilə bağlı QƏRAR VERİLDİ
Bu şəxslərə 799 manat maaş veriləcək
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarını təsdiqləyib.
Versus.az xəbər verir ki, həftədə 18 saat dərs yükü olan müəllimlərin maaşı 2022-ci il yanvarın 1-dən belə müəyyən edilib:
pedaqoji stajı 3 ilə qədər olanlar (ali təhsilli 552 manat, orta ixtisas təhsilli 504 manat);
pedaqoji stajı 3 ildən 8 ilə qədər olanlar (ali təhsilli 594 manat, orta ixtisas təhsilli 534 manat);
pedaqoji stajı 8 ildən 13 ilə qədər olanlar (ali təhsilli 624 manat, orta ixtisas təhsilli 552 manat);
pedaqoji stajı 13 ildən 18 ilə qədər olanlar (ali təhsilli 666 manat, orta ixtisas təhsilli 588 manat);
pedaqoji stajı 18 ildən çox olanlar (ali təhsilli 714 manat, orta ixtisas təhsilli 636 manat).
Dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat olur.
Gənclərin çağırışaqədər hazırlıq rəhbərlərinin, dövlət peşə təhsili müəssisələrində çalışanların da aylıq vəzifə maaşları yenilənib.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi