"Münaqişə onsuz da nə vaxtsa sülhlə bitəcək"

16:05 17-12-2018 | icon 420 | Dünya
"Münaqişə onsuz da nə vaxtsa sülhlə bitəcək"

 

Xəbər verdiyimiz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko dünən Rusiya jurnalistləri ilə söhbətdə Qarabağ münaqişəsinin nizama salınmasında öz rolundan danışmışdı.

 

Versus.Az BELTA-ya istinadən xatırladır ki, Belarus lideri və Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Serj Sarkisyanı hər vəhclə birinci Qarabağ müharibəsi dövründə erməni ordusu tərəfindən tutulmuş Qarabağ ətrafındakı beş rayonun qaytarılmasına razı salmağa çalışıblar. Ancaq S.Sarkisyan bu sülh təşəbbüsündən imtina edib.

 

A.Lukaşenko həmçinin ilk dəfə daha bir baş tutmayan layihədən danışıb. Belarus prezidentinin sözlərinə görə, Azərbaycandan Gürcüstana boru xəttinin çəkilməsi haqda söhbət gedirdi və Belarus lideri bununla bağlı həmin ölkələrin rəhbərləri ilə danışıb:

"Onlar boru çəkirdilər. Məncə, qaz borusu. Və o, Ermənistandan yan keçdi".

 

Aleksandr Lukaşenko bildirib ki, onda Azərbaycan prezidenti İlham Əliyevlə əlaqələri var idi və o təklif edib ki, Ermənistan vasitəsilə tranzitin təşkili üçün prezident Serj Sarkisyanla danışsın, bu hər iki tərəfə sərfəli olardı:

 

"Dedi ki, “mən təklif etdim, dedim ki, bu problemləri həll etmək lazımdır, mən bu borunu atacağam və Ermənistanı bərpa etməyə kömək edəcəyəm”. Onda onlarda pul hədsiz dərəcədə çox idi. Və mən bundan sonra getdim Serj Azadoviçin yanına və bunları ona çatdırdım. Yenə imtina etdilər. Halbuki münaqişə onsuz da nə vaxtsa sülhlə bitəcək".

 

Tamamilə mümkündür ki, söhbət Azərbaycandan qazın Gürcüstana və Türkiyəyə çatdırılmasını həyata keçirən Bakı-Tbilisi- Ərzurum Cənubi Qafqaz qaz kəmərinin tikintisi çərçivəsindəki işlər haqda gedə bilərdi

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?