“Azərbaycanda dini təhdidlər ancaq radikal islami qruplar tərəfindən gözlənilə bilər”

12:58 29-11-2017 | icon 531 | Siyasət
“Azərbaycanda dini təhdidlər ancaq radikal islami qruplar tərəfindən gözlənilə bilər”

“Dini təhdidlər var, amma bunun qarşısı alınır. Müvafiq orqanlar radikal islami dini qruplaşmaları tapıb zərərsizləşdirir”.

Bunu Versus.Az-ya Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bir qədər öncə Dini Komitənin Azərbaycanda dini təhdidlər yaratması və hansı dini proseslərin təhlükə yaratması ilə bağlı araşdırmaların aparılmasına açıqlamasında bildirib.

ALDP sədrinin sözlərinə görə, hazırkı dönəmdə Azərbaycanda qeyri-islami təşkilatların fəaliyyəti tam nəzarətə götürülüb. Belə ki 1990-2000-ci illərdə olduğu kimi, missioner təşkilatlar dövlət və dövlətçilik əleyhinə təbliğat apara bilmir:

“Bu gün Azərbaycanda dini təhdidlər ancaq radikal islami qruplar tərəfindən gözlənilə bilər. Söhbət xəvariclərdən, sələfilərdən gedir. Onlar da müəyyən xarici qüvvələr tərəfindən idarə olunurlar. Hansı ki, Yaxın və Orta Şərq dövlətlərində baş verən inqilablar, dövlət çevrilişləri həmin dövlətlərdə ənənəvi islamın zəifləməsindən doğdu. Amma Azərbaycanda bunun baş verməyəcəyinə əminik. Ona görə ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlətin tam nəzarətindədir. Həm də ölkəmizdə islami dəyərlər qorunub saxlanılır. 90-cı illərdə olduğu kimi, bu gün Azərbaycanda heç bir məscid və yaxud da dini qurum xaricin təsiri altında deyil. Nurçular zərərsizləşdirilib, qalıb radikal vəhabi təriqəti. Onlar da zaman-zaman fürsət tapıb Azərbaycanda öz planlarını həyata keçirmək üçün cəhdlər ediblər. Lakin güc strukturlarının sayıqlığı nəticəsində onların planlarının qarşısı alınıb. Ona görə də bu gün təhlükənin tam sovuşduğunu söyləmək də olmaz”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?