Nazirliyin müsabiqəsi qalmaqal YARATDI
Təhsil Nazirliyinin "Düşünən oxucu" müsabiqəsi qalmaqala səbəb olub.
Versus.Az xəbər verir ki, müsabiqəyə daxil edilən əsərlərin siyahısı yazıçı və şairlərin tənqidinə səbəb olub.
Qeyd edək ki, “Düşünən oxucu” müsabiqəsi təhsil nazirinin 29.12.2021-ci il tarixli F-597 nömrəli əmrinə əsasən keçirlir. Məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır.
Müsabiqə ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında keçirilir. Müsabiqə iştirakçıları “Düşünən oxucu” layihəsi üzrə göstərilən “ədəbiyyatı siyahısı”ndakı 35 əsərdən biri üzrə şərtlərə uyğun olaraq videotəqdimat hazırlamalıdır.
Sosial şəbəkələrdə yazıçı və şairlər əsərlərin siyahısından narazıllıq ediblər.
Yazıçılar Birliyinin (AYB) Elçin Hüseynbəyli bildirib ki, şagirdlərə təqdim olunan 35 əsər arasında yalnız 5-i Azərbaycana aiddir: “Üçü dastan, biri klassika, yalnız biri azərbaycanlı uşaq yazarıdır. Fikrimcə, bu, Azərbaycan ədəbiyyatına, onu yaradnlara, elə oxucu və şagirdlərə də həqarətdir. Çünki bizim yetərincə dəyərli yazıçılarımız və ədəbi nümunələrimiz var. Heç olmasa, daim aktual olan Qarabağa aid əsərlər orda yer almalıydı. Bu, hansı "ağılın" məhsuludur, bilmirəm!?”.
E.Hüseynbəyli məktəb direktorlarından məsələyə tənqidi reaksiya gözlədiyini qeyd edib.
Qeyd edək ki, tənqidlərə tuş gələn “ədəbiyyat siyahısı” Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin kitabxanalarına təqdim olunmuş kitablar əsasında müəyyən edilib.
Qalmaqala səbəb olan “ədəbiyyat siyahısı”:
1. “Koroğlu” dastanı
2. “Qaçaq Nəbi” dastanı
3. “Qaçaq Kərəm” dastanı
4. Nizami Gəncəvi “Oğluma nəsihət”
5. Zahid Xəlil “Kralın kreslosu”
6. A.Sent-Ekzüperi “Balaca şahzadə”
7. Aleksandr Belyayev “Amfibiya adam”
8. Aleksandr Düma “Qraf Monte-Kristo”
9. Anna Syuell “Qara köhlən”
10. Artur Konan Doyl “Baskervillərin iti”
11. Artur Konan Doyl “Şerlok Holmsun Macəraları- Qozbel”
12. Astrid Lindqren “Şir ürəyi qardaşları”
13. Cek London “Bəyaz diş”
14. Çingiz Aytmatov “Dəniz kənarıyla qaçan alabaş”
15. Coan Roulinq “Harri Potter və fəlsəfə daşı”
16. Con Tolkin “Üzüklərin hökmdarı”
17. Conatan Brayan “Göz yaza bilər”
18. Conatan Svift “Qulliverin səyahətləri”
19. Daniel Defo “Robinzon Kruzo”
20. Edit Nesbit “Dəmir yol uşaqları”
21. Endryu Leyn “Qırmızı zəli”
22. Fatih Ərdoğan “Sehrli çətir”
23. Fenimor Kuper “ Sonuncu mogikan”
24. Frensis Börnet “Sirli bağ”
25. Herbert Uels “Görünməz adam”
26. Lül Vern “20000 lyö su altı ilə”
27. Lyusi Montqomeri “Qrin Qeybiz malikanəsinin qızı Anni”
28. Malala Yusəfzay “Əlində kitab olan qız”
29. Mark Tven “Tom Soyerin macəraları”
30. Mark Tven “Heklberri Finnin macəraları”
31. Mayn Rid “Başsız atlı”
32. Riçard Nayt “Qış kölgəsi”
33. Rick Riordan “Persi Cekson və Əcinələr dənizi”
34. Robert Stevenson “Dəfinələr adası”
35. Ursula Le Guin “Dəniz torpaqlarının cadugəri”.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi