“AMEA ümumiyyətlə ləğv edilməlidir” - ETİRAZ
Şahlar Əsgərov: “Gündəlik lazım olan problemləri də həll etmək iqtidarında deyil"
“AMEA gündəlik həyatda bizə lazım olan problemləri belə həll etmək iqtidarında deyil. Ona görə də AMEA-nın böyük dəyişiklərə ehtiyacı var”.
Versus.az xəbər verir ki, bunu açıqlamasında professor, təhsil eksperti Şahlar Əsgərov deyib.
Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov vəzifəsindən istefa vermək niyyətindədir.
O, Tarix İnstitutu və onun rəhbəri kimi haqqındakı qeyri-adekvat fikirlərə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, tutduğu vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərdən istefa haqqında ərizəni təqdim etmək istəyir.
Buna səbəb kimi o, AMEA prezidentini əsas gətirərək onun məişət mövzulu işlərlə məşğul olduğunu iddia edir.
Lakin bu AMEA haqqında mediada səsləndirilən neqativ fikirlərin yalnız biridir. Ümumiyyətlə, AMEA-da son zamanlar nələr baş verir?
Şahlar Əsgərov AMEA-da baş verən son hadisələri qiymətləndirib:
“Azərbaycan Milli Elmlər Akademiyasının böyük islahatlara ehtiyacı var. Ölkəmiz 44 günlük müharibədə zəfər çaldı, lakin AMEA-nın elmi ona köməyə gəlmədi. Ordumuz akademiyanın elmi təcrübələrindən istifadə edə bilmədi. AMEA gündəlik həyatda bizə lazım olan problemləri belə həll etmək iqtidarında deyil. Ona görə də AMEA-nın böyük dəyişiklərə ehtiyacı var. SSRİ məkanında olan əksər dövlətlərdə elmlər akademiyaları ləğv olunub, lakin bizdə hələ də mövcudluğunu saxlamaqdadır. Düşünürəm ki, AMEA ləğv olunmalıdır”.
Professor Azərbaycan elminin inkişafı üçün nə kimi tədbirlərin görülməli olduğuna aydınlıq gətirib:
“Bunun üçün bir çox variantlar var, belə ki, bəzi ölkələr elm və təhsilin birləşmə yolunu seçir. Buna uyğun olaraq Elm və Təhsil Naziliyi yaradılır. Bəzi ölkələr isə elm və sənayeni birləşdirərək Elm və Sənaye Nazirliyi təsis edirlər. Güman edirəm ki, bizdə yaxşı alimlərin sayı çoxdur. Onlar elmi məqalələr yazır və bunu prestijli jurnallarda çap edirlər, lakin bu araşdırmaların heç biri ölkəmizdə tətbiq tapa bilmir. Çünki elmi düstur və formulları sənayeyə çevirən texnoloji qurum yoxdur. Buna görə də elm, təhsil və sənaye birləşdirilməlidir. Təhsil Nazirliyi müstəqil ola bilər, bir çox ölkələrdə bu təcrübə var. Elmi nəticələr əldə edən şəxslər onu texnoloji reseptlərə çevirməlidir. Bunun üçün də onlar texnoloqların köməyindən istifadə etməlidilər. Bu cür əldə edilən nəticələr də sənaye müəssisələrində istifadə edilməlidir. Sonra isə onu satış məhsuluna çevirmək lazımdır. Bizdə bu sistem olmadığına görə AMEA dedi-qodu mərkəzinə çevrilib. Belə dedi-qoduların sayı da gündən-günə artır”.
Versus.az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi