İlk müntəzəm marşrut avtobusu yola düşdü
“Azad edilən ərazilərə ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq”.
Versus.Az xəbər verir ki, bunu bu gün azad olunmuş ərazilərə ilk avtobus reysinin açılış mərasimində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəisi Anar Rzayev deyib.
O bildirib ki, ilk olaraq Şuşaya iki, Ağdama iki reys, Əhmədbəyliyə isə dörd reys start götürür:
“Bütün marşrutlar üzrə biletlər artıq satışdadır. Əhali arasında aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saat təşkil edir. Şuşa və Ağdamda ziyarət üçün sərnişinlərə iki saat yarım vaxt ayrılır. Bu müddət ərzində oradakı yerləri gəzmək mümkün olacaq. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək”.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi