"Kimsə su bulandırmağa cəhd göstərməsin"

15:46 18-12-2018 | icon 378 | Siyasət
"Kimsə su bulandırmağa cəhd göstərməsin"

 

“Rusiyada yaşayan bəzi azərbaycanlılar dövlət başçısının, Milli Məclisin apardığı işi, dostluq münasibətləri ilə bağlı atdığı addımları öz adlarına çıxırlar. Hansı ki, barmağı barmaq üstünə qoymayıblar... O adamlar indiyədək heç bir iş görməyiblər. Azərbaycanın ayrı-ayrı mətbuat orqanlarına müsahibə verməklə özlərini qəhrəman kimi göstərmək istəyirlər”.

 

Belə bəyanatla Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxış edib.

Təxmin etmək çətin deyil ki, hakim partiyanın rəhbərlərindən biri bu sözləri özünü hüquq professoru kimi təqdim edən, Rusiyada çoxsaylı kommersiya daşınmaz əmlaka və iri biznesə sahib olan (ilin əvvəlində həmin aktivləri kürəkəninin adına keçirib) İlham Rəhimovu nəzərdə tutur. Çünki İlham Rəhimov az qala hər həftə yerli qəzetlərdən birinə iri müsahibələr verərək gah Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdəki rolu barədə lovğalanır, gah Qarabağ məsələsinin həlli yolları barədə nəzəriyyələr irəli sürür.

 

“Biri var, heç tanımıram, professordur-nədir, bilmirəm, az qala hər gün müsahibə verir ki, Rusiya ilə əlaqələrin qurulmasında rolu olub... O adamın Rusiya mediasında Azərbaycanla bağlı yarım səhifəlik yazısı çıxıbmı? O, Rusiyada Azərbaycan diasporunun qeydiyyata alınmamasını Milli Məclisin üzərinə atır. O, özü heç bir işlə məşğul olmur. Azərbaycan Milli Məclisinin nümayəndələri zaman-zaman Rusiyada mühüm tədbirlər keçirəndə, sən harada idin? O iddia edir ki, deputatlar onun fəaliyyətindən xəbərsizdirlər. Parlament kimin nə iş gördüyünü yaxşı bilir və qiymətləndirir. Rusiya ilə ən yaxşı dostluq münasibətləri prezidentlər, xalqlar və parlamentlər arasındadır. Burada kimsə su bulandırmağa cəhd göstərməsin” – Siyavuş Novruzov çıxışında bildirib.

 

Qeyd edək ki, İ.Rəhimov son zamanlar siyasi ambisiyalarını daha çox büruzə verir, Azərbaycanın daxili siyasi həyatına qarışır. Bundan əlavə, İ.Rəhimovun bütün biznesi Rusiyada, Moskvada cəmləşsə də biznesmen özünü Azərbaycanda siyasi lider kimi tanıtmağa çalışır, az qala hər gün ölkədə baş verən hadisələri şərh edir. Əsasən Moskvada otursa da İ.Rəhimov Bakıda tez-tez jurnalistlərlə görüşür, özünün “geosiyasi reseptlərini” təqdim edir və “boz kardinal” rolunu üzərinə biçir. Görünür İ.Rəhimovun müəmmalı fəallaşması hakim partiyanın diqqətindən kənarda qalmayıb və ona yerini göstərmək qərara alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

İyunda ardıcıl beş gün iş OLMAYACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR