Dörd nəfər dəm qazından zəhərləndi
Abşeron rayonunda dörd nəfər dəm qazından zəhərlənib.
Versus.Az xəbər verir ki, hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb.
Belə ki, Hökməli qəsəbəsində 1992-ci il təvəllüdlü Nurullayev Emil Elşən oğlu, Masazır qəsəbəsində 2010-cu il təvəllüdlü Bağırova Zəhra Etibar qızı, Mehdiabad qəsəbəsində 1992-ci il təvəllüdlü Zeynalov Aqil Alik oğlu və Novxanı qəsəbəsində 2014-cü il təvəllüdlü Məmmədəliyeva Asif Dəniz qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"