Qarabağda “gizlənən” erməni cinayətkarları niyə həbs olunmur?-TƏHLİL

 

16:00 04-02-2022 | icon 598 | Qarabağ
Qarabağda “gizlənən” erməni cinayətkarları niyə həbs olunmur?-TƏHLİL
 

 Ermənistanın revanşist qüvvələri Qarabağda qalan erməni tör-töküntülərini yenidən canlandırma məqsədindən əl çəkmir. 44 günlük müharibədə hərbi məğlubiyyətə düçar olan və 2020-ci il 10 noyabr üçtərəfli sazişinə əsasən kapitulyasiyaya imza atmış Ermənistan öz silahlı qalıqlarını Qarabağdan çıxarılmır. Məlum üçtərəfli sazişdən 2 il ötməsinə baxmayaraq erməni silahlılarının rəhbərləri hələ də Qarabağı-Azərbaycanın ərazilərini  "Artsax" adlandırıb onun “statusu” məsləsini qabartmaqdan, sərsəm iddialarla bəyanatlar verməkdən çəkinmirlər.

Bəllidir ki, hazırda Azərbaycanın Xankəndi və digər bölgələri -Xocalı, Ağdərə, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarət zonası hesab olunur. Müşahidələr göstərir ki, ermənilər məhz “Laçın dəhlizi” vasitəsi ilə Qarabağa köçürülür, separatçılar silahlandırılır, xarici ölkələrdən siyasətçilər ora səfərlər edirlər.   

Hiddət doğuran məqamlardan ən mühümü odur ki, Azərbaycan sərhədləri daxilində özünə yer edən erməni separatçı qruplarının rəhbərləri sülhməramlıların nəzarətində olan ərazilərimizdə çox rahat şəkildə hərəkərt edirlər. Halbu ki, həmin cinayətkarlar Azərbaycan hüquq mühafizə orqanları tərəfindən interpol xətti ilə axtarışa verilib. Buna baxmayaraq, separatçıların rəhbərləri Araik Arutunyan, Babayan, Artur Tovmasyan və onun kimi digər cinayətkarlar çoxdan rus sülhməramlılarının nəzarəti altında sərbəst hərəkət edir, açılışlar edir, görüşlər keçirir, bəyanatlar verir, Rusiyaya, Ermənistana səfərlər edirlər.  

Faktiki olaraq erməni cinayətkarları Azərbaycanın sərhədləri daxilində sülhməramlıların nəzarətində olan ərazilərdə meydan sulayırlar. Heç şübhısz ki, o ərazilərdə Azərbaycan qanunları işləməlidir.

 

Sual yaranır: Azərbaycan hökumətinin interpol xətti ilə axtarışa verdiyi erməni separatçılarının rəhbərləri niyə həbs edilmir. Niyə bu separatçıları həbs etdirib məhkəmə qarşısına çıxarda bilmirik? Bu məsələdə qarşıdakı hüquqi, siyasi maniələr nədir?

Kifayət qədər faktlar var ki, interpol xətti ilə axtarışda olan bir çox Azərbaycan vətəndaşları məhz Rusiyada həbs olunaraq Azərbaycana təhvil verilirlər. Nəyə görə Rusiyaya gedən erməni separatçılarının rəhbərləri həbs olunaraq Azərbaycan təhvil verilmir. Yaxud niyə sülhməramlılar tərəfindən bu icra olunmur.

 

Görünən odur ki, bu istiqamətdə açıq qalan suallar və həllini gözləyən problemlər kifayət qədərdir.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə yerli mediaya açıqlama verən deputatlar, hüquqşünas və politoloqlar məsələyə birmənalı yanaşıblar. 

 

“Əslində həmin cinayətkarların həbs edilib Azərbaycan təhvil verilməməsinin səbəbi hüquqi deyil, siyasidir”

 

Milli Məclisin deputatı Hikmət Babaoğlu açıqlamasında bildirib ki, belə bir problemin olması hamımızı dərindən narahat edir. Çünki söhbət nəticə etibarilə Azərbaycanın suveren  hüquqlarının onun bütün ərazisində tam tətbiq edilə bilinməməsindən gedir.

Deputatın fikrincə bu hal keçicidir. Və onun fikrincə, önümüzdəki mərhələ artıq erməni icmasının yaşadığı, ancaq  müvəqqəti Rusiya sülhməramlılarının səlahiyyət zonasında olan o ərazilərimizdə də Azərbaycan qanunlarının tətbiq edilməsi mərhələsi olacaq.

 

“Ancaq bu o demək deyil ki , sülməramlılar yaxud bəzi başqa ölkələr Azərbaycan qanunlarını pozaraq cinayət törətmiş terroristləri himayə etməlidirlər. Bu əsla yolverilməzdir. Məsələ ondadır ki, siyasətdə ikili standartlar olduğu kimi, beynəlxalq hüququn tətbiqində də ikili standartlar var. Eyni zamanda dövlətlərarası münasibətlərdə qarşılıqlı hüquqi yardım haqqında öhdəçiliklər də bəzən pozulur, yaxud gözardı edilir. Ona görə də biz axtarışa verdiyimiz cinayətkarları  hələlik mühakimə edə bilmirik”.

 

H.Babaoğlu hesab edir ki, əslində həmin cinayətkarların həbs edilib Azərbaycan təhvil verilməməsinin səbəbi hüquqi deyil, siyasidir. Çünki hüquqi baxımdan ermənilərin törətdiyi bütün növ cinayətlər tam əsaslandırılaraq axtarışa təqdim edilib.

“Belə davam edərsə Azərbaycan özü antiterror əməliyyatları həyata keçirmək məcburiyyətində qala bilər. Cinayətkarlar, onları himayə edənlər də bilirlər ki, Azərbaycanın bu gücü və qətiyyəti var. Görünür bu cür addımların atılması üçün münasib zamana ehtiyac var”.

 

“İnterpol bəzən belə hallarda qərəzli mövqedən çıxış edir və bəhanələrlə prosesi uzadırlar

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Azərbaycan torpaqlarının işğal edən və sonrakı dövrlərdə ölkəmizə, dinc əhaliyə qarşı çoxsaylı cinayətlər törətmiş Ermənistan və onun hərbi-siyasi göstərişlərini icra edən, əmr verən ermənilərə qarşı interpol vasitəsi ilə axtarış elan edilsə də icra olunmur. Onun sözlərinə görə, faktlar var ki, erməni separatçılarının rəhbəri Araik Arutunyan müharibə zamanı Cenevrə Konvensiyasının tələblərini pozaraq dinc əhalinin məskunlaşdığı ərazilərə toplardan, raketlərdən atəş açılması ilə bağlı əmr verdiyini etiraf edib. Eyni zamanda Ermənistanın digər hərbçı və siyasətçilərinin cinayətləri da artıq faktlarla sübut olunub.

 

“Belə olan halda Azərbaycan təbii ki, bu cinaytkarların həbsi və ölkəmizə təhvil verilməsi ilə bağlı özünün də qoşulduğu interpol vasitəsilə axtarışlar verməli idi. Amma nəyə görəsə bu axtarışlar icra olunmur. Ermənistanın indi yüksək vəzifədə olmayan əvvəlki prezidentləri Köçəryan, Sarkisyan da bu axtarışların subyektləridirlər. Lakin bu gün Araik Arutunyan kimi cinayətkarlar Moskvaya səfər edir, onu aeraportda qarşılayır, görüşlər keçirirlər. O, eyni zamanda o, və digəriləri “Laçın dəhlizi” vasitəsi ilə sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərinə -Qarabağa gəlir və orda tədbirlərdə iştirak edib geri qayıdırlar”.

 

Ç.Qənizadə hesab edir ki, belə bir faktlarla üz-üzə qalmağımız həqiqətən narahatedici məqamdır və belə halların qarşısını almaq üçün hələlik əlimizdə olan yeganə vasitə beynəlxalq hüququn tələblərinə uyğun olaraq qoşulduğumuz interpol razılaşmasıdır.  Və İnterpol həmin şəxsləri həbs edib Azərbaycan təhvil verməlidir.  

 

“Təbii ki, burda həm siyasi, həm də hüquqi boşluqlar var. Hüquqi boşluq ondan ibarətdir ki, interpol bəzən belə hallarda qərəzli mövqedən çıxış edir və izahatlar, sənədlər istəyirək bəhanələrlə prosesi uzadır, ümumiyyətlə icra etmir. Siyasi tərəfdə isə Ermənistana dəstək verən qüvvələr beynəlxalq təşkilatların hamısında var və biz zaman-zaman bunun şahidi oluruq. Onlar da bu prosesin həyata keçirilməsinə maniə törədirlər. Ümid yenə Azərbaycanın özünə qalır. Hesab edirəm ki, biz Qarabağda olan azsaylı ermənilərlə bağlı məsələni həll etdikdən sonra cinayətkarların həbsi ilə bağlı ciddi addımlar atacağıq”.

 

Hüquqşünas hesab edir ki, Azərbaycan ərazisində qalan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edərək burda yaşamalıdırlar, ya d Ermənistan vətəndaşı olaraq orda qalmağa iddia edəcəklərsə rədd olub çıxıb getməlidirlər.

“Bundan sonra biz həm 44 günlük müharibə dövründə baş verən cinayətlərə, həm də əvvəlki dövrlərdə ermənilərin törətdikləri cinayətlərə görə  beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb addımlar atacağıq. Bu qaçılmazdır”.  

“Məsələ Rusiya tərəfinin özünün maraqları çərçivəsində həllini tapmır”

 

Politoloq Natiq Cəfərli bildirib ki, bu gün rus “sülhməramlılarının” Laçın dəhlizi”ndə, ümumiyyətlə Xankəndi ətrafındakı fəaliyyəti ciddi suallar doğurur. Onun sözlərinə görə, sülhməramlıların rəhbərləri Azərbaycan tərəfinin rəsmi axtarışa verdiyi şəxslərlə görüşür, onlarla müzakirələr keçirir, onlara nəzarətində olduğu ərazilərdən Ermənistan, Qarabağa, hətta Rusiyaya səfərlər etmələrinə şərait yaratmaqla öz bildiklərini edirlər.  

 

“Bu Azərbaycanda ciddi suallar doğurur və dəfələrlə rəsmi səviyyədə buna iradlar bildirilib.  Amma təəssüf ki, məsələ Rusiya tərəfinin özünün maraqları çərçivəsində həllini tapmır. Çünki ruslar bizim separatçı və terrorçu elan etdiyimiz insanları Xankəndinin ətraf rayonların idarəçisi kimi faktiki olaraq  tanıyıblar”.

 

Politoloq hesab edir ki, Azərbaycan tərəfi bu məsələni Rusiya qarşısında daha kəskin şəkildə qaldırmlıdır. O, hesab edir ki, Qarabağda qalan dinc erməni əsilli vətəndaşların gələcəkdə idarəetmədə iştirakı mümkün olsa da, silahlı revanşist niyyətli ermənilər dərhal ərazilərimizdən çıxarılmalı və üçtərəfli sazişin müddüəlarına əsasən bu məslə sülhməramlıların qarşısında tələb kimi qoyulmalıdır.  

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq