Hafiz Hacıyev jurnalistlərin müdafiəsinə qalxdı

10:56 07-02-2022 | icon 509 | Siyasət
Hafiz Hacıyev jurnalistlərin müdafiəsinə qalxdı

"Bu dələduz həbs olunmalı, deputat mandatından məhrum edilməlidir"

 

"Cavanşir Feyziyevin nə mənəvi, nə siyasi haqqı yoxdur ki, xalqın üzünə çıxsın”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev barəsində danışarkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Bu barədə şəxsi "facebook" hesabında paylaşım edən Hafiz Hacıyev Cavanşir Feyziyevin jurnalistlər haqqında danışdıqlarının ədəbsizlik, hörmətsizlik olduğunu vurğulayıb:

 

“Azərbaycan dövlətini dünya miqyasında belə bir dələduzun, rüşvətxorun biabır etməsi və dil açıb danışması Azərbaycan parlamentinə və onun üzvlərinə qarşı hörmətsizlikdir. Deyir, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı… Cavanşir Feyziyevin nə mənəvi, nə siyasi haqqı yoxdur ki, xalqın üzünə çıxsın”.

 

Hafiz Hacıyev rəsmi orqanlara müraciət edərək, Cavanşir Fərzəliyevin deputat mandatından məhrum edilməsini və həbsini istəyib:

 

“Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, Azərbaycan imicinə ləkə gətirən belə bir dələduzu təcili şəkildə həbs edib, saxta deputat mandatından məhrum etsinlər. Mediada çalışan dostlarım, sizin ünvanınıza səsləndirdiyi təhqirlər məni üzdü. Belə bir oğrunun sözlərinə fikir vermədən tutduğunuz haqq yoluna davam edin. Bunun kimilər çoxdur və sizinlə birlikdə belə ziyanvericilərin axırına birlikdə çıxacağıq".

 

Xatırladaq ki, London məhkəməsi deputat Cavanşir  Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt sterlinq məbləğində vəsaiti müsadirə edib. Bu xəbərlər yerli mətbuatda yer aldıqdan sonra  C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

İyunda ardıcıl beş gün iş OLMAYACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR