Aktyor Natiq Fərzəliyev ailəsi ilə birlikdə “Zaurla Günaydın” proqramına qatılıb.
Axşam.az xəbər verir ki, o, verilişə həyat yoldaşı Nərgiz, qızı və oğlu ilə gəlib. Aktyor bildirib ki, 30 ildir ailəlidir.
“Toyumuz Xocalı soyqırımı ərəfəsində oldu. Buna görə də “Vağzalı” çalınmamışdı. 10 il bunun dərdini çəkdim. Özümdən asılı olmadan, dərd çəkirdim. Bir məclisdə Natiq “Vağzalı” çaldırdı, hamını otuzdurdu, mən salonun bu başından o başına oynadım və rahatladım”, - deyə Nərgiz Fərzəliyeva söyləyib.
N.Fərzəliyev bildirib ki, qızı Ləman nişanlıdır.