“Nazirlikdə köklü islahatlara gedilməlidir”
Ruslan İmamquliyev: “Rüşvətə bulaşmış və ona meyilli zabitlər cəzalandırılmalıdır"
"Azərbaycan Respublikasının onurğa sütünu sayılan Müdafiə Nazirliyində xüsusilə külli miqdarda mənimsəmə faktlarının aşkarlanması dövlətimiz və millətimiz adına məyusedicidir".
Versus.az xəbər verir ki, bu barədə hərbi ekspert, "M5 Dərgisi"nin regional rəhbəri Ruslan İmamquliyev Müdafiə Mazirliyində baş verən həbsləri şərh edərkən bildirib.
Xəbər verildiyi kimi, DTX Müdafiə Nazirliyində əməliyyat keçirib, bir neçə vəzifəli şəxs həbs edilib. Maliyyə Nazirliyinin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıblar. Bakı Hərbi Məhkəməsinin qərarı ilə hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq davam edir.
R.İmamquliyev hesab edir ki, Müdafiə Nazirliyinin mərkəzində belə halların baş verməsi ortaya bir çox suallar çıxarır. Onun fikrincə, bütün hallarda cinayətkarlar kimliyindən asılı olmayaraq ifşa edilməlidir:
“Müdafiə Nazirliyində rüşvətə bulaşmış və ya ona meyilli zabitlər sərt bir şəkildə cəzalandırılıb kütləvi olaraq ordu sıralarından uzaqlaşdırılmalı və köklü islahatlara gedilməlidir.Bu coğrafiyada tutana bilmək üçün çirkabdan uzaq və sözün həqiqi mənasında dövlətini sevən, hərbiçi şərəfini hər şeydən uca tutan mükəmməl kadrlardan ibarət daha da qüdrətli bir orduya daima ehtiyacımız olacaq". /hafta.az/
LƏMAN
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"