Xarici səyyahlar Kəlbəcər və Laçında olublar

17:02 17-02-2022 | icon 453 | Qarabağ
Xarici səyyahlar Kəlbəcər və Laçında olublar

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən bir qrup əcnəbi səyyah bu günün birinci yarısında Kəlbəcər və Laçında olublar.

 

Versus.Az xəbər verir ki, Toğana kəndindən başlayan səyahətin iştirakçıları Ömər aşırımından keçərək Kəlbəcərə gediblər. Yolboyu qrup üzvləri ermənilərin 30 il davam edən işğal dövrü ilə yanaşı, 44 günlük müharibədən sonra Azərbaycan ərazisini tərk etməzdən əvvəl də törətdikləri dağıntılara şahid olublar.

 

Belə ki, 2020-ci ilin noyabr ayında Kəlbəcər rayonundan çıxarkən azərbaycanlılara heç nə qalmasın deyə evləri, məktəbləri yandırıb, meşələri qırıblar.

 

Hazırda Laçında olan qrup buradakı vəziyyətlə tanış olduqdan sonra Laçın dəhlizi ilə yola davam edəcəklər. 

 

Xatırladaq ki, azad edilən torpaqlarımıza səfər çərçivəsində səyyahlar dünən Şuşada olublar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI