Bu marşrut xətlərinə yeni avtobuslar buraxılır
Vətəndaşlara həm keyfiyyət həm də təhlükəsizlik baxımından daha müasir sərnişindaşıma xidmətlərinin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Versus.az-a verilən məlumata görə, bu məqsədlə avtobus parkının yenilənməsi daim diqqətdə saxlanılır.
Dövlət başçısının tapşırığına uyğun olaraq son illərdə paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53 %- yenilənib. İctimai nəqliyyatın tənzimlənməsi və inkişafına dair sistemli tədbirlər eləcə də nağdsız ödəniş sisteminə keçidlə şərtlənən maliyyə şəffaflığının güclənməsi özəl daşıyıcıların avtobus parkının yenilənməsinə marağını artırır. Bu çərçivədə “Azlənd-Plaza” MMC tərəfindən 12 ədəd İsuzu markalı sərnişin avtobusu alınaraq şəhərimizə gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar Sabunçu və Bakıxanov qəsəbələrini metronun “28 May” stansiyası ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xətti üzrə istismara veriləcək. Dəyişiklik gündəlik sərnişin səfər sayı 20-25 min olan 49 nörməli marşrut xətti üzrə sərnişindaşımaların keyfiyyətinin əsaslı şəkildə yaxşılaşmasına təsir edəcək.
Yeni nəqliyyat vasitələrinin xəttə buraxılması ilə 49 nömrəli marşrut xəttindəki avtobusların bir qismi 161 nömrəli xətt üzrə sərnişinlərin istifadəsinə veriləcək. Bununla da Suraxanı dairəsi-Hövsan qəsəbəsini əlaqələndirən 161 nömrəli marşrutda son günlər nağdsız ödəniş sistemində müşahidə olunan problemlər aradan qalıdırılacaq.
Qeyd edirik ki, son günlər 161 nömrəli marşrut üzrə nağdsız fəaliyyət göstərən bəzi avtobuslarda texniki nasazlıqların yaranması nəzərə alınaraq marşrutun fasiləsiz fəaliyyətini təmin edilməsi məqsədi ilə müvəqqəti olaraq nağdsız avadanlıqlarla təchiz edilməyən avtobuslar istismar edilmişdir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"