Erməni vəhşiliyinin DƏHŞƏTLİ FAKTLARI
Azərbaycanlıların başları qurbanlıq kimi kəsilib, dəriləri soyulub
Respublika Hərbi Prokurorluğunda araşdırılması aparılan cinayət işinin istintaqı zamanı dindirilmiş zərərçəkən və şahidlərin ifadələrində dəhşətli işgəncə faktları müəyyən olunub.
Bununla bağlı Respublika Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev Xocalı soyqırımı ilə bağlı APA-ya müsahibəsində danışıb.
“Belə ki, erməni silahlı dəstələri tərəfindən əsir və girovlar - qadın, qoca və ya uşaq olmalarına fərq qoyulmadan şaxtalı havada çay daşlarının üstündə və ya qarda sürünməyə, əllərini soyuq daşın üzərinə qoyub saxlamağa məcbur edilməklə, dişləri, dırnaqları çıxarılmaqla, qabaqlarına ot atıb həmin otu, torpağı yeməyə məcbur edilməklə, döyülməklə, sinələrinə xaç damğası vurulmaqla və digər üsullarla dəhşətli işgəncələrə, mənəvi təzyiqlərə və qeyri-insani rəftara məruz qalmış, bir çox hallarda baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, hamilə qadınların qarın nahiyələrinin yarılması, diri-diri yandırılması, erməni qəbrinin üstündə azərbaycanlı başının qurbanlıq kimi kəsilməsi yolu ilə soyuqqanlıqla qətlə yetiriliblər”, - deyə E.Tağıyev qeyd edib.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi