Füzulidə sosial sığınacaq yaradılır

16:35 22-02-2022 | icon 413 | Qarabağ
Füzulidə sosial sığınacaq yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bu il Füzuli rayonunda filialı yaradılacaq.

 

Nazirlikdən verilən məlumata görə, agentliyin hazırda paytaxtda fəaliyyət göstərən Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlara stasionar şəraitdə zəruri sosial xidmətlər göstərilir.

 

Xüsusilə də həmin insanların normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası və reabilitasiyası işləri aparılır.

 

Burada hazırda 10-u oğlan, 15-i qız olmaqla 25 uşaq həmin xidmətlərdən yararlanır. Müəssisədə ötən il 68 uşağa sosial xidmətlər göstərilib.

 

Müəssisənin Füzuli rayonunda yaradılacaq filialına qəbul olunacaq uşaqlarla, həmçinin onların ailələri ilə xüsusi tərtib edilmiş fərdi qayğı planı əsasında iş aparılacaq.

 

Sosial işçilər, psixoloq, tibb işçisi, pedaqoq və tərbiyəçilər, dərnək rəhbərləri, musiqi və idman mütəxəssisləri müəssisədə qeyd olunan kateqoriyadan olan uşaqlara reabilitasiya yönümlü zəruri sosial xidmətlərin göstərilməsini təmin edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI