Müəllimlərlə valideynlər üz-üzə
Son aylar təhsil mühitində narazılıqlar səngimək bilmir. Hazırda məktəblərdə hər üç tərəf – valideyn, müəllim və şagirdlər arasında bir gərginlik hökm sürür.
Əksər müəllim Təhsil Nazirliyini qınayır ki, kiçik və böyük summativ qiymətləndirmələrlə (KSQ, BSQ) bağlı elektron hesabat hazırlamaq vaxtlarının çox hissəsini alır, şagirdlərə diqqət ayıra bilmirlər.
Valideynlər isə KSQ-lərdə övladlarının aşağı qiymət almasında, uşaqlarının buna görə ruhdan düşməsində müəllimləri günahlandırırlar. Valideynlər sovet dövrünün qiymətləndirmə sisteminə üstünlük verdiklərini, KSQ və BSQ-nin ləğv olunmasını istədiklərini deyirlər.
Müəllimlər eyni zamanda, ev tapşırıqlarını yoxlamaqda borclu olmadıqlarını deyir, Təhsil Nazirliyi tərəfindən belə tələbin olmadığını bildirir, valideynlər isə buna etiraz edirlər. Şagirdlərə gəlincə, onlar söyləyirlər ki, gündəlik dərslərə normal cavab verirlər, amma KSQ zamanı bunu doğrulda bilmirlər. Beləliklə, valideyn, müəllim və şagird kontingenti yaranan bütün bu problemlərdən çıxış yolunu yalnız Təhsil Nazirliyinin verəcəyi qərarlarda görürlər.
Bütün bunlardan başqa son dövrlər sosial şəbəkələrdə etiraza səbəb olan, müəllimlərin gözü önündə şagirdlərin əxlaqdan kənar hərəkətləri və digər bu kimi məsələlər də müzakirə edilir.
Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu ilə söhbətimiz zamanı yuxarıda qeyd edilən problemlərin hər birinə toxunduq.
Musavat.com həmin videomüsahibəni təqdim edir:
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi