“AzEdu.az”ın 4 yaşı tamam olur

12:39 01-03-2022 | icon 331 | Təhsil
“AzEdu.az”ın 4 yaşı tamam olur

Bu gün AzEdu Təhsil Portalının (azedu.az) fəaliyyətə başlamasından 4 il ötür.

 

AzEdu MMC 2018-ci ilin mart ayının 1-dən fəaliyyətə başlayıb.

 

Versus.az xəbər verir ki, AzEdu Təhsil Portalı təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hadisələri jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq Azərbaycan dilində operativ çatdırır.

 

Elm-təhsil sahəsindəki problem və perspektivləri özündə əks etdirən gündəlik materiallarla yanaşı, rubrika yazıları, müsahibə, reportaj, araşdırmaları da oxuculara təqdim edir.

 

Yaranmasından cəmi 3 il keçməsinə baxmayaraq AzEdu Təhsil Portalı bir sıra səs-küylü layihələrə imza atıb. Onlara misal olaraq, “İlin Gənc Müəllimi” müsabiqəsini, “Firudin bəy Köçərli” mükafatını, Lütfi Zadə adına təqaüdü, bp və tərəfdaşlarının maliyyə yardımı ilə ərsəyə gətirilən “Kurikulum bələdçisi” , “Ömrün uğurlu bünövrəsi” kitablarını qeyd etmək olar.

 

Bundan əlavə, təhsil portalı Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Dövlət İmtahan Mərkəzi, bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

 

AzEdu Academy və Təhsil Jurnalistlər Birliyi də AzEdu MMC-nin nəzdində yaradılıb.

 

AzEdu MMC-nin baş direktoru Elşad Eyvazlıdır.

 

AzEdu MMC-yə bundan sonrakı fəaliyyətində də uğurlar arzu edirik!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

İyunda ardıcıl beş gün iş OLMAYACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR