Gələn il Şuşada məktəb açılacaq

11:32 04-03-2022 | icon 523 | Təhsil
Gələn il Şuşada məktəb açılacaq

“İşğaldan azad olunan ərazilərdə təhsil infrastrukturunun yaradılması istiqamətində sürətli işlər gedir”.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” (PSTM) tədbirində təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir bildirib ki, gələn ilin əvvəlində Şuşadakı məktəbin açılışı planlaşdırılır:

“Məktəbdə 960 şagird dərs ala bilər”.

 

Onun sözlərinə görə, təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələrin hazırlanır:

“Metodiki tövsiyələrə uyğun olaraq məktəblərdə mütəmadi şəkildə mina təhlükəsi, onun fəsadları barədə şagirdlərlə maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlərin baş verə biləcək təhlükələrin qarşısının alınması baxımından əhəmiyyəti böyükdür”.

 

O qeyd edib ki, Ağdamdakı məktəbin tikintisinin başa çatması gələn sonuna nəzərdə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq