Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə bağlı ÇAĞIRIŞ
Aydın Mirzəzadə: "Onların təhsil həyatı, gələcəyi taleyin ümidinə buraxıla bilməz"
Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə Ukraynadakı müharibənin həmin ölkədə təhsil alan azərbaycanlı tələbələrə təsirindən danışıb.
Versus.Az xəbər verir ki, deputat deyib ki, Ukraynada təhsil alan azərbaycanlıların müraciətlərinə baxılmalıdır:
“Hazırda Ukraynada müharibə gedir. Orada təhsil alan azərbaycanlı tələbələrin təhsilini hansı şəkildə davam etdirəcəyi sual altındadır”.
Onun sözlərinə görə, onların təhsil həyatı, gələcəyi taleyin ümidinə buraxıla bilməz.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi