Ermənilərin atəşkəsi pozması nəyə hesablanır?

16:00 10-03-2022 | icon 492 | Qarabağ
Ermənilərin atəşkəsi pozması nəyə hesablanır?

Separatçı rejimə tabe olan ermənilərin əlində silah olduqca...”

 

Son günlər Ermənistan hərbi qüvvələri, eləcə də Qarabağda qalan erməni silahlı tör-töküntülərinin sərhəddə və sülhməramlıların missiyasına daxil olan ərazilərdə törətdikləri təxribatlar geniş vüsət alıb. Görünən odur ki, son günlər Xocalı, Ağdam istiqamətində atəşkəs ciddi şəkildə pozulur. Erməni quldurları atəşkəsi pozmaqla həmin ərazilərdə aparılan bərpa işlərinin qarşısını almağa çalışırlar. Eləcə də erməni silahlıları təlimlər keçirməklə yanaşı, özləri üçün yeni müdafiə istehkamları tikirlər. Səbəb?

 

Hətta Azərbaycan Müdafiə Nazirliyi guya Ukraynaya gedən hərbi yardımlarla bağlı narahatlıq ifadə edib "Dağlıq Qarabağ" ifadəsi işlədən Rusiya Müdafiə Nazirliyinə etiraz bəyanatı verib.

 

Eləcə də son günlər Şuşada, Ağdamda səsləndirilən Koroğlu üverturası, Azərbaycan himni, Azanın səsi Xankəndidə, Xocalıda da eşidilməklə öz mesajını verdi.

 

Müdafiə Nazirliyinə qəti tapşırıq verildi ki, istər sülhməramlıların olduğu ərazidə, istər sərhəddə baş verən təxribatlara qeyd-şərtsiz cavab veriləcək.

Ukrayna-Rusiya arasında baş verən indiki gərgin mərhələdə Qarabağda yaradılan gərginliyin əsas səbəbi nədir?

Azərbayacan Ordusu Rusiyanın belə aqressivləşdiyi bir vaxtda  yuxarı Qarabağda rus sülhməramlıların nəzarəti altında olan  ərazilərdəki separatçılara qarşı hər hansı qabaqlayıcı əməliyyatlar keçirə bilərmi?

 

Müdafiə Nazirliyinin bəyanatının arxasında güclü siyasi iradə varmı?

 

Bu və ya digər suallar ətrafında müzakirə zamanı siyasətçi və hərbi ekspertlər bir həqiqətin üzərində dayandılar.

 

Hərbi ekspert Şair Ramaldanov hesab edir ki, Qarabağda, eləcə də sərhəddə müşahidə olunan atəşkəsin pozulması faktı regionda sülhün bərqərar edilməsi və üçtərəfli sazişin yerinə yetirilməsinə qarşı müəyyən xarici qüvvələrin hazırladığı təxribatla bağlıdır.

 

Onun fikrincə, regionda böyük dövlətlərin də maraqları toqquşur və proses xarici ölkələrdəki erməni diasporalarının vasitəsi ilə həyata keçirilir:

 

“Azərbaycan müharibədə qalib gəlib, ərazi bütövlüyünü bərpa edib və dünya dövlətləri tərəfindən tanınıb. Revanşist erməni qüvvələri keçmiş erməni rəhbərliyinin - Köçəryan, Sarkisyan klanı tərəfindən idarə olunur. Bu proses xaricdəki diasporaların müəyyən dövlətlərin maraqlarını ifadə etməsi ilə baş verir. Üçtərəfli sazişə əsasən Rusiya sülhməramlı qüvvələri Azərbaycanda ermənilərin çox yaşadığı ərazilərdə yerləşiblər. Həmin sənədin 4-cü bəndi icra olunmayıb. 4-cü bənddə göstərildiyi kimi erməni silahlıları tərkisilah edilib, ərazidən xaric edilməlidir. Amma üzərindən 1 il yarım vaxt keçsə də, bu tələb yerinə yetirilməyib. Separatçı rejim hələ də Qarabağda özünə lazım olan silahlı qüvvələri saxlayır. Sülhməramlıların yerləşdiyi ərazidə mövqe qurub, xidmət aparırlar. Əlbəttə, bu qüvvələr tərksilah edilməyənə qədər Azərbaycana təhlükə yaradılacaq”.

 

Hərbi ekspert qeyd edib ki, Qarabağda yerləşən separatçı rejimin rəhbəri beynəlxalq axtarışa verilsə də, bu gün də erməni silahlı qüvvələrinə rəhbərlik edir:

 

“Əlbəttə, rus sülhməramlı qüvvələri öz vəzifələrini yerinə yetirmədiklərindən ermənilər bu şəraitdən istifadə edirlər. Separatçılar sülhməramlı qüvvələrlə Azərbaycan dövləti arasında soyuqluq yaratmağa çalışırlar”.

 

Ş.Ramaldanov bildirib ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişi bağlanmaqla münasibətlər yeni mərhələyə daxil olub. O, hesab edir ki, ermənilər bunu qəbul edə bilmirlər.

 

Hərbi ekspert eyni zamanda bildirib ki, Ukrayna faktorunun erməni separatçılarının Azərbaycan ərazilərində aktivliyini əlaqələndirmək istəmədi. Onun fikrincə, Ukraynanın bu məsələyə təsiri yoxdur:

 

“Ermənilərin Qarabağda, sərhəddə Azərbaycana qarşı özlərini aqressiv aparması “keçinin buynuzunu çobanın çomağına sürtməsi”nə bənzəyir. Artıq Azərbaycan dövləti məsələni ciddi qoymalıdır. İşğaldan azad olunan o ərazilərdə kənd təsərrüfatı işləri aparılır və orda insanlar üçün təhlükə yarana bilər. Bu məsələ rus sülhməramlıların qarşısında ciddi qoyulacaq. Ya sülhməramlılar 4-cü bəndi yerinə yetirəcək, ya da Azərbaycan öz ərazilərində antiterror əməliyyatı apararaq erməniləri tərksilah etməlidir. Rusiya-Azərbaycan arasında münasibətlərin yüksəldiyi ərəfədə yəqin ki, dövlətlər bu məsələdə ortaq məxrəcə gələcəklər. Bəlkə də məhz yaxın zamanlarda biz Rusiya sülhməramlıların müvvəqqəti yerləşdiyi ərazilərdə  ermənilərin tərksilah edilməsinin şahidi olacağıq. Separatçı rejimə tabe olan ermənilərin əlində silah olduqca, bu, Azərbaycan üçün təhlükə yaradacaq”.

 

Hərbi ekspert bildirib ki, müharibə zamanı ermənilər Azərbaycan ordusuna qarşı döyüşmək üçün muzdlular gətirmişdilər. O, hesab edir ki, 44 günlük müharibədə ermənilər tərəfdən xeyli sayda muzdlu döyüşüb:

 

“O muzdluların indiyə qadər harada olması barədə məlumat yoxdur. Ola bilsin ki, muzdlu dəstələr sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə məskunlaşıb öz çirkin əməllərini törətməkdə davam edirlər. Onlar da aşkarlanmalı, tərksilah edilməlidir. Ali Baş Komandanın verdiyi tapşırıqları Azərbaycan ordusu yerinə yetirməyə qadirdir. Azərbaycan ordusu əməliyyat şəraitinə yetərli qədər nəzarət edir. Təhlükə mənbəyini məhv etmək üçün antiterror əməliyyatı keçirmətyə hazırdır. Azərbaycan öz torpağında təhlükə mənbəyini yox edəcək. Buna yetərli qədər gücü, imkanı, təcrübə və iradəsi var”.

 

 

 

Hüquqşünas Çingiz Qənizadə ermənilərin bir gün ərzində atəşkəsi 24 dəfəyə qədər pozmasını erməni revanşizminin adi bir nümunəsi kimi qeyd edib:

 

Hüquqşünas bildirib ki, Ermənistan ikili oyunlarından əl çəkmir:

 

“Bir tərəfdən Ermənistanın baş naziri "parlament saatı"nda bəyan edir ki, Azərbaycanla sülh sazişi imzalamağa hazırdır,  digər tərəfdən isə bu cür təxribatçı addımları davam edir”.

 

O, belə hesab edir ki, bu prosesin arxasında siyasi maraqlar dayanır:

 

“Ermənistan dərk edir ki, Azərbaycan-Rusiya arasında imzalanan müttəfiqlik sazişi və dünyada baş verən proseslər fonunda 10 noyabr sazişini imzalamaqdan başqa çarələri yoxdur. Eyni zamanda bu prosesdə daha çox nələrsə əldə etmək üçün təxribatçı hərəkətlərini davam etdirirlər. Bəzən bunu Rusiya sülhməramlıların gözü qarşısında, onların xeyir-duası ilə edirlər. Bunu da danışıqlar prosesində hansısa üstünlükləri əldə etmək üçün düşünüblər”.

 

Ç.Qənizadə hesab edir ki, Azərbaycanla sülh sazişi imzalanmasa Ermənistan siyasi, iqtisadi dərinliklərə yuvarlanacaq:

 

“Ermənistan mətbuat vasitəsi ilə Azərbaycan Müdafiə Nazirliyinin fəaliyyətinə böhtanlar yağdırırlar. Bu böhtanlar Azərbaycan dövlətinin Rusiya-Ukrayna müharibəsindəki dövlət mövqeyinə qarşı yönəlib. Beləliklə, artıq Rusiya Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ” ifadəsini işlətməsinə də nail olublar. Azərbaycan Müdafiə Nazirliyimiz buna qarşı qəti etirazını bildirib”.

 

Hüquqşünas bildirib ki, son günlər Azərbaycan tərəfinin Şuşada səsləndirdiyi Koroğlu uverturası, Azərbaycan himni, Ağdamda səslənən Azan, Xankəndidə və Xocalıda olan ermənilərə bir mesajdır:

 

“Bir daha bəyan edirik ki, müstəqil dövlətimizin ərazisində islam dininin ayinlərini, xalqımızın müdriklik simvolu olan Koroğlu uverturasını səsləndirmək hüququ bizdədir. Bu, ermənilərə hansı dövlətin ərazisində yaşadıqlarını ifadə edən bir mesajdır”.

 

Hüquqşünas bildirib ki, atəşkəsin pozulması ilə davam edən erməni təxribatlarına Müdafiə Nazirliyinin verdiyi son bəyanat hamımızın ürəyincədir:

 

“Bu, artıq yerində olan bəyanatdır. Görünür ki, tam ağıllanmayıblar. Bu, Azərbaycan ordusunun gücünü, şücaətini yadlarına salıb bu cür hərəkətlərdən çəkindirməyə dəvətdir”.

 

Ç.Qənizadə hesab edir ki, Rusiyanın Ukraynada aqresivləşdiyi bir vaxtda sülhməramlıların missiyasında olan ərazilərdə antiterror əməliyyatı aparmaq hələ real deyil:

 

“Son zərurət olaraq Azərbaycan dövləti bu istiqamətdə öz sözünü deyəcək, qabaqlayıcı tədbirlər görəcək. Bu işlər balanslaşdırılmalı, Azərbaycan dövlətinin, xalqının maraqlarına uyğun həyata keçirilməlidir. Son “qeyd-şərtsiz təxribatlara cavab veriləcək” bəyanat dövlətin ciddi mövqeyidir. Hesab edirəm ki, bu xəbərdarlıqların sonu olacaq. Onsuz da Xocalı azərbaycanlılar üçün açılmalı və xocalılar ora köçürülməlidirlər. Xankəndidə yaşayan ermənilər isə Azərbaycan qanunlarını qəbul etməli, Azərbaycan Konstitusiyasına hörmət edəcəklərini bəyan etməlidir. Əks halda bu bölgədən sakitcə çıxıb getməlidir. Amma təbii ki, əli qana batanlar, cinayətkar ermənilər öz cəzasını almalıdır”.

 

 

Siyasi şərhçi Aydın Quliyev bildirib ki, Ermənistanda son prezident seçkilərindən sonra eyforik bir inam əmələ gəlmişdi ki, hakimiyyətin eyni partiyanın təmsilçilərindən ibarət formalaşması Ermənistanın Azərbaycanla sülh münasibətinin tənzimlənməsində öz təsirini göstərəcək.

 

Ermənistanın xarici siyasətində, xüsusilə Azərbaycana münasibətdə hər hansı bir dəyişikliyi gözləmədiyini deyən A.Quliyev gözləntilərin əksi ilə qarşılaşdığımızı önə çəkib:

 

“Ermənistanın regional sülh və təhlükəsizliyə münasibətində müsbət bir dəyişiklik hiss olunmadı. Əksinə, Ukrayna hadisələri ilə eyni vaxtda Ermənistanın da bizim bölgədə aktivləşmək cəhdləri müşahidə olunmaqdadır. Xüsusilə, həm yuxarı Qarabağda qoşunların təmas xəttində, həm Azərbaycanın böyük hissəsi ilə Ermənistanın sərhədlərində, həm də Naxçıvanda Ermənistanın sərhəddə vəziyyəti gərginləşdirmə halları müşahidə olunmaqdadır”.

 

A.Quliyev hesab edir ki, Ukraynada vəziyyətin gərginləşməsi ilə paralel bu gərginliyin bizim bölgəmizdə Ermənistan tərəfindən artırılması təsadüfi deyil. Onun sözlərinə görə, eyni vaxtda Azərbaycanın hərbi hissələrinin sərhədlərdə və təmas xətlərində möhkəmləndirməsi cəhdləri qanunsuz erməni qoşununun dəstələri tərəfindən narahatlıqla və təxribatlarla qarşılanır:

 

“Biz eyni vaxtda sərhədlərdə, Qarabağın təmas xətlərində qanunsuz erməni qoşunlarının təxribatları ilə rastlaşırıq. Erməni qoşunları orda müəyyən istehkamlar qurur, möhkəmlənməyə cəhd göstərirlər. İmzalanmış sənədlər birmənalı şəkildə ordakı  qanunsuz erməni silahlılarının tam tərksilah olunması və bölgədən çıxarılmasını tələb edir. Ancaq buna baxmayaraq  ermənilər Qarabağda daha da möhkəmlənməyə cəhd göstərirlər”.

 

A.Quliyevin fikrincə, belə bir vaxtda Rusiya Müdafiə Nazirliyinin olmayan “Dağlıq Qarabağ”dan  guya Ukraynaya yardımların göndərildiyi ilə bağlı təxribatçı informasiyaları qəbuledilməzdir:

 

“Bütün bunlar onu deməyə əsas verir ki, Ukrayna hadisələri ilə paralel Azərbaycanla sərhəddə və təmas xəttində təxribatları gücləndirməsi təsadüf deyil. Analitik nəticə ondan ibarətdir ki, Rusiya Ermənistanda özünün silahlı qüvvələrini, siyasi mövcudluğunu sürətlə artırmaqdadır. Konkret hansı məqsədlərə xidmət etdiyini indi dəqiq şəkildə demək mümkün olmasa da, müəyyən variantlardan ən realı ondan ibarətdir”.

 

Siyasi ekspert hesab edir ki, Ukrayna hadisələrinə münasibətdə Azərbaycanın milli dövlət təhlükəsizliyi və bölgədəki sülhün mənafelərinə cavab verən kursu Rusiyada müəyyən dairələrin xoşuna gəlmir:

 

“Azərbaycanın apardığı siyasət Ukraynadakı hadisələri daha da qızışdırmamaq, ordakı prosesləri sülhə və təhlükəsizliyə daha çox yönləndirmək məqsədinə xidmət edən beynəlxalq hüquq normalarına uyğun siyasətdir. Bu, Rusiyanı təmin etmədiyinə görə Ermənistanda hərbi mövcudluğunu artırır. Konkret son vaxtlar Rusiyanın Ermənistanın əli ilə bölgədə bizə qarşı silhamlandırdığı müəyyən təxribatçı əməlləri xoş niyyətdən xəbər vermir. Və Azərbaycanın Ukrayna hadisələrinə münasibətdə tutduğu kursdan narazılığın bir əlamətidir. Açıq görünür ki, Rusiya Ermənistanda və Qarabağda özünün hərbi mövcudluğunu artırmaqla Ermənistanın və qondarma rejimin əli ilə Azərbaycanda təzyiqlər göstərmək planına malikdir. Belə bir şəraitdə Azərbaycan Müdafiə Nazirliyiniə sərhəddlərdə və təmas xətlərində təxribatların qarşısının alınması tapşırığının verilməsi şəraitə uyğun olan mövqedir. Müdafiə Nazirliyinin bu tapşırığı lazımi səviyyədə icra edəcəyinə heç bir şübhə olmamalıdır”.

 

Hərbi ekspert Elxan Şıxəliyev hesab edir ki, cəbhədə Ermənistanın qeyri-qanuni birləşmələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması hallarının artmasının siyasi və hərbi səbəbləri var.

 

Onun szölərinə gröə, Ermənistan siyasi hakimiyyəti Rusiya-Ukrayna müharibəsinin fonunda vəziyyəti gərginləşdirmək istəyir:

 

“Əslində rus sülhməramlılarının arxasında gizlənərək  bölmələrimizə atəş açırlarsa, bilirlər ki, bunun cavabı atəşlə veriləcək. Düşünürlər ki, qarşı tərəfdən atəşin açılması Rusiya sülhməramlılarına xəsarət yetirəcək və bu da Azərbaycan silahlı qüvvələri ilə konfliktə səbəb olaacaq.

Digər səbəb odur ki, üçtərəfli sazişə əsasən sülhün imzalanmasına dair danışıqlar gedir. Ermənistan tərəfindən sülh sazişinin imzalanmasına dair müsbət siqnallar gəlsə də, onlar ikili oyunlar oynayırlar. Dedikləri ilə sahədə elədikləri üst-üstə düşmür. Onlar sülh sazişinə dair müsbət siqnallar versələr də, öz niyyətlərindən əl çəkmirlər. Revanşist qüvvələrin orduda olan dayaqları ilə bunlar atəşkəsin pozulmasını hər vəchlə həyata  keçirərək vaxt qazanırlar. Atəşkəsi pozmaqla konflikt vəziyyətinin qaldığını göstərməyə çalışırlar. Rusiya sülhməramlılarının sahədə ikilistandartlarla yanaşmaları  Ermənistan silahlı qüvvələrinin, Qarabağda yaşayan erməni silahlılarının ümidlərini artırır”.

 

Hərbi ekspert hesab edir ki, atəşkəsin pozulmasına məhz Rusiya sülhməramlıları səbəb yaradır. Çünki sülhməramlıların onlara qarşı münasibətləri və atdıqları addımlar ortada.

 

Ekspertin fikrincə, əslində bu gün sülhməramlıların sahədə öz misiyasını doğru-düzgün yerinə yetirməmələrinin əksini görürük:

 

“Artıq erməni separatçıların özlərini bir siyasi qurum kimi göstərərək, Rusiyanın silahlı qüvvələrinin Ukraynada olduğu bölgələrə yardım göstərmək istəyi təbii ki, çox ciddi siyasi mesajdan ibarət idi. Bunu siyasi, hərbi iradə olaraq qəbul etməyimiz mümükün deyil. Ermənilər sahədə atdığı addımların nəticələrinə mütləq hazır olmalıdırlar. Çünki atəşkəsin pozulması qarşı tərəfə istənilən cavabı vermək hüququnu özündə saxlayır”.

 

Elxan Şıxəliyev hesab edir ki, Qarabağda yaşayan erməni əsilli əhalinin bütün bu xəyalları sabun köpüyü kimi quruyub gedəcək:

“Çünki əgər onlar öz çirkin niyyətlərini 90-cı illərdə, ordumuzun zəif olduğu illərdə həyata keçirdə bilmədilərsə, indi heç nə edə bilməzlər. Ordumuz da yerində, Dəmir Yumruq da yerindədir”.

 

 

 

Siyasi analitik Aytən Qurbanova bildirib ki, 10 noyabr bəyanatından sonra keçən dövr ərzində erməni diversantları tərəfindən işğaldan azad edilmiş ərazilərdə, xüsusilə də sülhməramlıların nəzarəti altında olan bölgələrdə davamlı olaraq təxribatların həyata keçirilməsi cəhdləri anti-terror əməliyyatının keçirilməsinin zəruriliyini daima diqqət mərkəzində saxlamağı labüd edib.

 

Onun fikrincə, əslində bu gün baş verən hadisələri sırf Ukrayna məsələsi və regionda baş verən hadisələrlə əlaqələndirmək də doğru deyil:

 

“Çünki Azərbaycan Respublikası üçün ərazi bütövlüyü prinsipi heç bir halda müzakirə mövzusu olmayıb və bu məsələdə heç bir güzəştin edilməyəcəyi bütün platformalarda açıq şəkildə bəyan edilib. Ona görə də bu gün baş verənlər Azərbaycanın öz ərazi bütövlüyünü hədəf alan bütün separatçı qüvvələrə qarşı atdığı legitim addımlardır. Artıq Laçın dəhlizindən təyinatı üzrə istifadə edilməməsi ilə bağlı bütün əlaqəli beynəlxalq və regional təşkilatlara, eləcə də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə məktublar ünvanlanıb. Lazımi tədbirlər görülmədiyi halda təbii ki, dəfələrlə rəsmi olaraq bəyan edildiyi kimi Azərbaycan tərəfi müvafiq hərbi əməliyyatların keçirilməsindən çəkinməyəcəkdir”.

 

Hərbi ekspert Emin Həsənli bildirib ki, ermənilər heç bir zaman beynəlxalq hüquq normalarına əməl etməyib. Onlar heç bir beynəlxalq hüquqa, qanuna məhəl qoymayan cinayətkarlar, terrorçulardır.

 

E.Həsənli dünya birliyinin ikilistandartlara yönələrək bunlara cavab vermədiyini önə çəkib:

 

“44 günlük müharibədə erməni quldurlarının başına ağır yumruq dəydi. Hər kəs düşündü ki, bundan sonra ağılları başlarına gələcək. Amma bundan sonra da atəşkəs pozuldu. Şuşada erməni terrorçuları  bizim əsgərlərin üstünə qumbara atdılar.  Amma o terrorçunu psixi xəstə adlandırdılar. Əgər dəli idisə, niyə sülhməramlıların postuna yox, ermənilərin postuna yox, separatçıların üzərinə deyil, o qədər ərazini keçib məhz Şuşada azərbaycanlıların postuna qumbara atdı? Son atəşkəsi pozanların adını sərxoş qoydular, üzürxaqlıq etdilər. Son vaxtlar sülhməramlılar atəşkəsin pozulması hallarını gizlədə bilmirlər və artıq buna başqa don geyinmdirməyin adı da yoxdur. Ermənilər üçtərəfli 10 noyabr razılaşmasına, 11 yannvar 2021-ci il razılaşmasına əməl etməlidir. Əməl etməyənlər isə cəzalanmalıdır”.

 

E.Həsənli “ilkin dövrlər Ermənistanda ordunun siyasi hakimiyyətə tabe olmadığı və bununla da atəşkəsin pozulduğunu iddia edənlər, baş verən hakimiyyət dəyişikliyindən sonra niyə problemi həll edə bilmir” sualının açıq qaldığını deyib:

 

“Görünür ki, onlar xəstə ideyalarından əl çəkməyiblər. Təkrar başlarına dəmir yumruq dəyməlidir. Haqlı olaraq Azərbaycan cəmiyyətində bu fikir hakimdir ki, Qarabağda antiterror əməliyyatları keçirtmək lazımdır, pasport qeydiyyatı keçirtmək lazımdır. 91-ci ilə qədər orda yaşayan ermənilərin siyahısı müəyyənləşməlidir. Hələ ki, orda kimlərin yaşaması məlum deyil. Separatçılar getməlidir, Rusiya üzərinə götürdüyü öhtəliyi yerinə yetirməlidir”.

 

Hərbi ekspert bildirib ki, Rusiya Müdafiə Nazirliyinin saytında  “Dağlıq Qarabağ” ifadəsi, indi də Ukraynaya yardım məsələsi fonunda ortaya atılır. Ukrayna hadisələrində “Dağlıq Qarabağ”-dan gedən yardımlar” ifadəsinin işlədilməsi yolverilməzdir:

 

“Rusiya bağladığı müqavilələrə, beynəlxalq hüquqa, Azərbaycanla müttəfiqlik razılaşmasına əməl etməlidir. Bir şey doğru deyil, təəsüf hissi yaradır ki, sülhməramlılar Qarabağdakı separatçı rejimin rəhbərliyinin və onun bayrağının altında orda görüşlər keçirdir, onlara hərbi təlimlər keçir, bu və ya digər formada erməni silahlılarına humanitar yardımlar göstərirlər. Əgər məcburi köçkünlər yerinə qayıtmalıdırsa, ən böyük köçkün 1 milyon Azərbaycan insanı niyə öz yerinə qaytarılmır.   Xocalıda Hadrut qaçqınlarına ev tikənlər niyə Azərbaycan ərazilərinin minadan təmizlənməsi və evlərin tikilməsi üçün humanitar yardım etmir. Bu sualların cavabı açıqdır. Hər kəs bilməlidir ki, kimin istəməyindən asılı olmayaraq Azərbaycan ərazi bütövlüyünü təmin edib, bu münaqişə bitib. Əgər yenidən kimlərsə münaqişəni alovlandırmaq istəyəcəksə, nəticəsi daha ağır olacaq. Ermənistanın özünün mövcudluğu sual altında qalacaq. Yaxşı olar ki, Rusiya Qarabağdakı tör-töküntüləri burdan təmizləsin. Real baxsın proseslərə, Azərbaycanla müttəfiqliyə sadiqlik nümayiş etdirərək, proseslərin nizamlanmasına kömək etsin. Azərbaycan güclü dövlətdir, güclü iqtisadiyyatı var, dünya ona hörmət etməldiir. Rusiya sülhməramlıları öz adına layiq fəaliyyət göstərməlidirlər. Sülhməramlılar regiona daimi gəlməyib. Amma bu gedişlə onların burda qalışı uzun sürməyəcək. Yaxşı olar ki, Azərbaycanla münasibətləri normallaşdırsınlar, terrorçu, separatçı qrupları neytrallaşdırsınlar. Bu, Rusiyanın da xeyrinə olar, Azərbaycanın da”.

    

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?