Azərbaycan və Pakistan Qarabağda birgə müəssisələr yarada bilər

14:46 28-03-2022 | icon 678 | Qarabağ
Azərbaycan və Pakistan Qarabağda birgə müəssisələr yarada bilər

“Azərbaycan və Pakistanın işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı planları var, iki ölkənin birgə müəssisələr yaratması təklif edilir”.

 

Bunu açıqlamasında Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattin deyib.

 

“Pakistan çox böyük, inkişaf etmiş aqrar sektora malik olduğundan, Azərbaycanla birlikdə Qarabağda bəzi layihələr həyata keçirə bilər. İki ölkənin şirkətlərinin Gəncədə düyü dəyirmanı açmaq planları da var. Azərbaycan tərəfi ilə birgə müəssisənin açılması ilə bağlı müzakirələr aparılır. Pakistan şirkətləri Qarabağda tikinti işlərində də mühüm rol oynaya bilər. Artıq bununla bağlı bəzi şirkətlər Azərbaycanın müxtəlif institutları ilə danışıqlar aparır. Bu, Azərbaycana əhəmiyyətli dərəcədə birbaşa xarici investisiya gətirə bilər”, - deyə o qeyd edib.

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 3,4 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 % çoxdur.

 

Hazırda Azərbaycanda 2 mindən çox Pakistan şirkəti var. /report/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI