Fərrux Zəfəri

15:21 28-03-2022 | icon 525 | Qarabağ
Fərrux Zəfəri

Azərbaycanın daha bir ərazisində dövlət bayrağı dalğalanır. Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarətindədir.

 

Fərrux kəndi ilə qısa tanışlıq

 

Dağətəyi ərazidə yerləşir. Kənddə eyniadlı yüksəklik var. Bu yaşayış məntəqəsinin adı ilə bağlı müxtəlif fikirlər səslənir. Kəndin əsasının Fərrux adlı şəxs tərəfindən qoyulduğu üçün belə adlandırıldığı ehtimal edilir. Kəndin yaxınlığında Fərrux gölü, Fərrux adlı başqa obyektlər də qeydə alınıb. Ermənilər Azərbaycan dilində olan alınma sözlərdəki “f“ hərfini “p” kimi tələffüz (məsələn, fındığı “pındıq” dedikləri kimi) etdiklərindən bu kəndin də adını “Paruk” kimi səsləndiriblər.

 

Ehtimal edilir ki, Fərrux adı atəşpərəstlik dövründən qalmadır. Onun uğurlu, müqəddəs, mübarək, işıqlı insan, müdrik, cəsarətli, həqiqəti yalandan ayıran kimi mənaları var. Kənd Əsgərandan 16, Xankəndidən 32 km aralı yerləşir.

 

1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndinə əsasən İrəvandan, Livandan, Suriyadan gətirilərək yerləşdirilmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və başqa yaxın kəndlərini atəşə tutub, dinc insanları qətlə yetirib, yaralayıblar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum ediblər. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer olub. 1992-ci il yanvarın 31-də Milli Qəhrəman Şirin Mirzəyevin başçılıq etdiyi tabor, Ağdamın yerli özünümüdafiə qüvvələri və Xüsusi Təyinatlı Milis Dəstəsi (“OMON”) Fərrux kəndini erməni quldurlarından azad etmək üçün əməliyyat keçirmişdilər. Kənd 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.

 

 

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq, Fərrux kəndi müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdi. Ancaq ermənilərin qanunsuz silahlı dəstələri 30 il əvvəlki kimi yenidən Fərruxdan atəş açmağa və regionda atəşkəsi pozmağa başladılar. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.

 

Azərbaycan ictimaiyyətini maraqlandıran suallar

 

Bu arada bir neçə sual yaranır: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə ermənilər qanunsuz silahlı dəstəni necə yarada və ya saxlaya bilirlər? Rusiya hərbçiləri indiyədək nəzarət etdikləri ərazidə qanunsuz silahlı dəstələrin yaranmasına niyə göz yumublar? Məlum bəyanatın 4-cü maddəsinin “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” hissəsinə niyə əməl edilmir? Bölgədə niyə erməni silahlı qüvvələri hələ də var?

 

Həm bəyanatda, həm də iki ölkə arasında müttəfiqlik bəyannaməsində Rusiyanın uyğun öhdəlikləri var. Odur ki, Rusiya Azərbaycan qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün bu suallar yaranıb.

 

Ancaq hadisələr Rusiyanın bu kimi məsələlərdə beynəlxalq hüququ və ikitərəfli anlaşmaları pozmağa adət etdiyini deməyə əsas verir.

 

 

Bu baxımdan kapitulyasiya aktından sonra Ermənistan və erməni separatçılarının belə davranışında məsuliyyəti Rusiyanın daşıdığı birmənalıdır. Çünki hadisələr sübut etdi ki, regionda separatçılar Rusiyadan dəstəklənib və müdafiə olunublar. Rusiyalı erməni milyonçuların qanunsuz silahlı dəstələrə yardımı kimi faktlar bunu təsdiqləyir. Rusiya sülhməramlılarının başçılarının sepratçıların və qanunsuz silahlı dəstələrin başçısı Araik Arutyunyanla xoş münasibəti də Moskvanın həmin qüvvələrə yardımının göstəricisidir.

 

Rusiya sülhməramlıları beynəlxalq ictimaiyyətin gözünə kül üfürürlər

 

Daha bir təzadlı məsələ. Rusiya sülhməramlıları kiminlə kim arasında atəşkəsə nəzarət edirlər? Bəyanata əsasən, Ermənistanın silahlıları və qanunsuz silahlı dəstələr bölgədə olmazlarsa, atəşi kim açacaq? Deməli, Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri regionda daha uzun müddət qalmaq üçün onlara uydurma “atəşkəsin” pozulması məsələsi lazımdır. Həmin qanunsuz dəstələr atəş açır, rusiyalı hərbçilər də özlərini ədalətli vasitəçi kimi təqdim edirlər. Bununla da beynəlxalq ictimaiyyətin gözünə kül üfürülür.

 

Fərrux kəndində keçirilən mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi işləri Azərbaycanın hərb tarixinə “Fərrux Zəfəri” adlı yeni bir səhifə yazdı.

 

 

Fərrux kəndinin azad olunması bir daha göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qətiyyətlidir. Kənddəki əməliyyatın bu günlərdə keçirilməsi də təsadüfi sayılmır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlarının ölçülü-biçili olduğunun göstəricilərindəndir. O, bununla Azərbaycan vətəndaşlarına ərazi bütövlüyünün təmin olunacağı ilə bağlı verdiyi sözə əməl etdiyini sübuta yetirir.

 

Ermənilər kəmfürsət, yalançı və etibarsızdırlar

 

Havadarlarının və ideoloqlarının uydurması, xəyalları əsasında ermənilərin Azərbaycanda, Cənubi Qafqazda törətdikləri vəhşiliklərin acı nəticələri zaman-zaman aradan qalxır. 44 günlük müharibədə Azərbaycan ermənilərə və havadarlarına yerini göstərdi. Son əməliyyatlar bir daha Fərrux kəndinin də o biri ərazilər kimi Azərbaycana məxsusluğunu isbatladı.

 

Ermənilər kəmfürsət, yalançı və etibarsızdırlar. Havadarları və arxalarında duranlar onların bu kimi etnik xarakterini yaxşı bilirlər. Ona görə də bu etnik qrupdan iğtişaş yaratmaq, öhdəlikləri pozmaq, pozuculuq fəaliyyəti və başqa çirkin əməllərdə istifadə edirlər. Onlardan bir qayda olaraq əl buyruğu kimi istifadə olunur. İddiaları və hikkələri olan dövlətlərə qarşı uydurma erməni faciələrindən və tarixindən yararlanırlar. Elə Fərrux Zəfəri ilə bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat və təhriflər bunu təsdiqləyir. Rusiya Müdafiə Nazirliyinin kəndin adını “Furux” kimi təqdim etməsi bir çox mətləblərə aydınlıq gətirir və s. /Report/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı