““Fərrux” yüksəkliyinin mənəvi əhəmiyyəti də böyükdür”

15:30 30-03-2022 | icon 392 | Qarabağ
““Fərrux” yüksəkliyinin mənəvi əhəmiyyəti də böyükdür”

Emin Həsənli: “Bu həm də ermənilərə verilən bir mesajdır ki...”

 

“Azərbaycan polisi, əsgəri, vətəndaşı öz ərazisində istənilən yerə gedib-gələ bilər, istənilən yerdə yerləşə bilər. Ancaq nədənsə son vaxtlar Rusiya, Amerika, Fransa tərəfindən Azərbaycana qarşı verilən bəyanatlar bir qələmlə yazılır. Ukraynada qarşı-qarşıya gələnlər burda başqa mövqedən çıxış edirlər. Bu münasibət yolverilməzdir. Azərbaycan xalqı, ictimaiyyəti mövqelərimizin bu cür möhkəmlənməsini alqışlayır və davamını gözləyir. Azərbaycan Prezidenti də nəyi nə zaman edəcəyini  yaxşı bilir və xalq da onu dəstəkləyir. Biz bütünlükdə torpaqlarımızda suveren hüququmuzu bərpa edəcəyik və bu, digər qələbələrin, zəfərin müjdəsidir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Emin Həsənli hərbi dislokasiya mövqelərimizin Fərrux kəndində yerləşməsinin əhəmiyyəti və ermənibaşlı qüvvələrin, dövlətlərin sərgilədiyi aqressiya ilə bağlı açıqlamasında bildirib.   

 

Hərbi ekspert qeyd edib ki, Azərbaycan hərbi qüvvələrinin Fərrux kəndində yerləşməsi Rusiya sülhməramlılarına, Ermənistana verilən bir mesajdır ki, erməni yaraqlıları Qarabağdan çıxmasa, Azərbaycan özü antiterror əməliyyatı ilə bunu həyata keçirəcək. Onun sözlərinə görə, bu, həm də ermənilərə verilən bir mesajdır ki, ya Azərbaycan vətəndaşlığını qəbul edib yaşamalıdılar, ya da çıxıb getməlidirlər:

 

“Bir dəfə psixiki xəstə adı ilə Şuşada pastumuza qumbara atdılar, atəşkəsi pozdular dedilər ki, sərxoş olub, dəfələrlə diversiya fəaliyəti həyata keçirdilər. Hamısının qarşısı alındı. Təbii ki, Qarabağ Azərbaycan ərazisidir və orada da Azərbaycan bayrağı dalğalanmalıdır. Başqa cür ola bilməz. Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavəndə də dalğalanacaq. Bunun alternativi görünmür”.

 

E.Həsənli “Fərrux” yüksəkliyinin çox böyük strateji əhəmiyyətini önə çəkərək bildirib ki, Azərbaycan öz torpaqlarını öz gücünə azad etdi. Ermənistan və onun havadarları gördü ki, Qarabağda hansı qüvvələr olsa da, Azərbaycan milli, dövlət maraqlarından bir addım da geri çəkilməyəcək. Yəni erməni silahlı birləşmələri sülhməramlılara arxayın olub orda qala bilməz:

 

“O yüksəklik Ağdamdakı 9 kənd üçün çox önəmlidir. Eyni zamanda gələcək perspektivdə o zonaya tam nəzarəti əldə etmək üçün mühüm yüksəkliklərdən biridir. “Fərrux” yüksəkliyinin mənəvi əhəmiyyəti də böyükdür. Azərbaycan I Qarabağ müharibəsi dövründə bizim orda xeyli sayda şəhidlərimiz olub. Xəlil Rzanın oğlu Təbriz də daxil olmaqla orda yüzlərlə şəhid vermişik. Qazilərimiz, yaralılarımız var. Allah şəhidlərimizə rəhmət eləsin. Necə ki, Lələtəpə yüksəkliyi böyük zəfərlərin müjdəsi idi, necə ki, Cocuqmərcanlıya qayıdışda orada Şuşa Məscidinin oxşarı tikildi və biz “Şuşaya dönəcəyik” fikri şürlarımızda daha qətiyyətli yer aldı. Eləcə də Naxçıvanda Günnük əməliyyatının da çox böyük əhəmiyyəti oldu. Bu Vətən müharibəsi zamanı Ermənistandan Qarabağa gedən yolun nəzarətə götürülməsi idi. Eləcə də Fərrux yüksəkliyi...

Vətən Müharibəsində BMT TŞ-nın 4 qətnaməsini Azərbaycan Ordusu, dövləti icra etdisə, 10 noyabr bəyanatının 4-cü bəndini də  yerinə yetirdi”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI