Məktəb bufetlərinin MENYUSU

08:57 02-04-2022 | icon 625 | Təhsil
Məktəb bufetlərinin MENYUSU

Hər gün duzlu-istiotlu çubuq yeyən şagirdləri gözləyən təhlükə

 

Zaman-zaman məktəb bufetlərində zərərli qidaların satışa çıxarılması mövzusu gündəmə gəlsə də, tənqid edilsə də, yenə şikayətlər səngimir. Yada salaq ki, təhsil müəssisələrinin bufetlərində saqqız, cipsi, qazlaşdırılmış içkilər və ümumilikdə 32-dək məhsulun satışına qadağa qoyulduğu bildirilmişdi. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən buna əməl etməyən təhsil müəssisələrinin cəzalandırılacağı da deyilmişdi.

 

Amma son günlər valideynlər məktəblərdə satışa çıxarılan qidalarla bağlı şikayət edirlər. Bizimlə söhbətdə Sevda Əliyeva bunları deyib:

 

“Hər gün uşağa pul verirəm, evə gələndə görürəm ki, duzlu-istiotlu çubuq alıb. Az qala beş saat məktəbdə olurlar, bu qidalanmadır məgər? Uşaqlara normal qida təşkil edə bilmirlər. O qidalar məktəbdə satılmamalıdır, uşaq istər-istəməz onu alacaq, anlamır axı”.

 

Valideynlər bufetlərdən aldıqları ərzağa görə övladlarının səhhətində fəsadlar yaranmasından, eyni zamanda bufetlərdə uşaq orqanizmi üçün təqdir olunmayan ərzaq məhsullarının satılmasından şikayətlənirlər.

 

İki övladı ibtidai sinifdə oxuyan Zəhra Məmmədova da uşaqlarının bufetdən aldığı qidadan şikayətçidir:

 

“Uşaqlar hər dəfə ”Ballı"nın balaca, duzlu “peçenya”sını alırlar, onun nə faydası var axı. Hər gün bir manat uşağa pul verirəm ki, neçə saat ac qalırlar, budur sağlam qidalanma?! Bir normal yemək menyular niyə olmur məktəblərdə?!"

 

Bizimlə söhbətdə Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin həkim-mütəxəssisi Şəfiqə Əsədova qeyd edib ki, rasional və balanslaşdırılmış qidalanma uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və effektiv amillərdən biridir:

 

“Düzgün qidalanma uşaqlarda beyinin, intellektin, mərkəzi sinir sisteminin inkişafına və formalaşmasına önəmli təsir göstərir. Uşaq və yeniyetmə yaşlarında düzgün qidalanma qida maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm də onların hərtərəfli inkişaf ahəngini təmin edir. Ümumtəhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı şəkər, yağ və şirniyyat tövsiyə edilmir. Məktəbli orqanizmi böyüməkdə olduğu üçün onun kalsiuma daha çox ehtiyacı var. Bu baxımdan süd və süd məhsullarının qəbulu vacibdir. Bu, uşaqlarda boy artımını dəstəkləyir, sümüklərin möhkəmliyini təmin edir. Digər tərəfdən, məktəbyaşlı uşaqların hər gün müəyyən miqdar meyvə-tərəvəz qəbulu da vacibdir. Çipsilər, kulinariya məmulatları, enerji və rəngli içkilər fərq etməz, marketdə nə varsa, məktəbdə də onlardır. Son zamanlar uşaqlarda mədə-bağırsaqla bağlı şikayətlər həddindən artıq çoxalıb. Amma bütün uşaqlarda bunun səbəbi tibbi səbəb deyil. Ən böyük səbəb düzgün qidalanmamadır. Düzgün və keyfiyyətli qidalanma bunun ikisi çox vacibdir. Hər gün çipsi, kulinariya məmulatları və s. yemək düzgün deyil. Çünki məktəb yaşlı uşaqların gündəlik menyusu var. Onlar kalori almalıdır. İkincisi isə keyfiyyətli qidalanmadır. Bəzi məktəblər var ki, orada isti, normal yeməklər verilir. Ona görə birmənalı şəkildə hər zaman valideynlərə deyirəm ki, uşaqlara evdən nə isə qoyun. Bufetlər böyük bir şəbəkədir. Ölkəmizdə elə məktəblər var ki, uşaqlara sağlam, isti qidalar təklif edilir. Yəni uşaqlara balanslaşdırılmış qida verilir. Bir sıra lisey və gimnaziyalar var ki, Təhsil Nazirliyinin icazəsi və təsdiq olunmuş sənəd əsasında o təhsil ocaqlarına isti yeməklər gətirilir. Elə məktəblər də var ki, orada yalnız hazır qidalar - peçenye, bulka və s. satılır. Əsas, qidanın sağlam olmasıdır. Biz həkimlər məktəblərdə isti qidanın uşaqlar üçün vacibliyi ilə bağlı məsləhətlər veririk. Məsələn, əgər uşaq məktəbdə 4 saatdan artıq qalırsa, orada isti qida olmalıdır”.

 

Gedək, xarici ölkədə işləyək?” – Kamran Əsədov dövlət qurumlarının  müdaxilələrinə etiraz etdi » Sfera.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

 

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı fikirlərini açıqlayıb:

 

“Bəzi məktəblərdə uşaqlara sağlam qidalanma öyrətmək üçün proqramlar artıq başlayıb. Tədris müəssisələrində, daha dəqiq desək, məktəb yeməkxanalarında çalışanlar müvafiq geyimdə olmalıdır. Bununla yanaşı, hazırlanan yeməklər həm şagirdlərin yaşlarına uyğun, həm də onlar üçün faydalı olmalıdır. Elə ölkələr var ki, məktəblərdə isti qida təşkil edirlər. Valideynlər karta pul köçürür və uşaqlar həmin kartla qidaların içərisindən istədiyi yeməyi seçərək pulunu ödəyirlər. Elə konsepsiya var ki, dövlət tərəfindən təşkil edilir. Finlandiyada dövlət tərəfindən ildə pul ayrılır və isti yemək təşkil edilir. Hollandiyada isə vəziyyət fərqlidir. Qonşu dövlətlər olsa da, orada qidanın xərci tam olaraq ailənin üzərindədir. Sadəcə, məktəb diyetoloqu tərəfindən hər bir uşağa hansı yeməyin lazım olması ilə bağlı məsləhətlər verilir. Rusiya, Qırğızıstan məktəblərində isə isti yemək təşkil edilir. Aztəminatlı ailələrin qidasına dövlət pul ayırır. Qalanları isə öz hesabına həmin qidalarla qidalanırlar. O ölkələrin məktəblərində həkimin və diyetoloqun nəzarəti altında menyular tərtib edilir. Uşaq qidalanmasında sağlam ərzaq məhsulları əsas götürülür”.

K.Əsədov qeyd edib ki, təhsil müəssisələrində “təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı” təsdiqlənib: “Bu standarta uyğun olaraq, məktəblərdə, tədris və tərbiyə ocaqlarında bir sıra məhsullara qadağa qoyulub. Siyahıda istifadə müddəti bitmiş, baytarlıq orqanları tərəfindən yoxlanılmamış ət məhsulları, köhnəlmiş yeməklər, hermetikliyi pozulmuş konservlər və s. var. Məşhur qazlı içkilər, ədviyyatlar, ketçuplar, piroq və ponçiklər, ərimiş yağda bişirilmiş fastfud çeşidləri də qadağan edilmiş məhsullar sırasındadır. Apardığımız araşdırmalar göstərir ki, dövlət tərəfindən təsdiq olunan qaydalar beynəlxalq normalar nəzərə alınmaqla hazırlanıb. Orada uşaq bağçaları və məktəblər üçün hazırlanmış ərzaq məhsullarının optimal normaları da göstərilir. Məqsəd məktəblilərin sağlamlığının qorunmasıdır. Qeyd etmək lazımdır ki, bu standart məktəbəqədər təhsil ocaqlarında və məktəblərdə qidalanmanı tənzimləyən yeganə sənəddir və ona mütləq əməl olunmalıdır. Bundan başqa, tədris ocaqlarına yarımfabrikatlar və ərzaq məhsulları da ciddi şəkildə yoxlanılır. Eyni zamanda, artıq indiyədək təhsil ocaqlarına verilən bəzi qaynar qidalar və yarımfabrikatların tədarükünə qadağa qoyulub.

Amma məktəblərdə satılan istənilən qida məhsulu keyfiyyətli olmalıdır və buna nəzarəti məktəblərin özləri həyata keçirməlidirlər. Hazırda məktəb bufetlərinə nəzarət “Valideynlər və müəllimlər assosiasiyası” qeyri-hökumət təşkilatının əlindədir, amma bu təşkilatın məhsulların keyfiyyətinin üzə çıxarılması üçün öz laboratoriyası belə yoxdur. Uşaqlar bütün dünyada çips, qazlı su və s. qəbul edirlər. Onları məktəb yeməkxanalarında qadağan etsələr belə, uşaqlar eyni məhsulları yaxınlıqdakı mağazalardan alacaqlar. Amma bir məqamı da unutmaq olmaz - məktəb yalnız təhsil yox, həm də tərbiyə ocağıdır. Odur ki, uşaqların sağlamlığı üçün son dərəcə vacib olan qidalanma məsələsini onların onsuz da həmin qidaların cazibəsi qarşısında duruş gətirə bilməyəcəkləri ilə əsaslandıraraq özbaşına buraxılması yolverilməzdir. Təəssüflər olsun, real vəziyyət budur ki, bizdə məktəb bufetlərinin piştaxtasında olan məhsulları məktəblərin özləri müəyyənləşdirirlər. Məktəblilərin sağlamlığı ilə bağlı bütün məsələlər də hələ ki, məktəb rəhbərliyinin vicdanına qalıb". /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq