Girov götürülən azərbaycanlı tələbədən XƏBƏR VAR
Ukraynada Azərbaycanın Neftçala rayonundan olan tələbə Hüseyn Abdullayev girovluqdan azad edilir.
Versus.Az xəbər verir ki, bu barədə onun atası Amil Abdullayev məlumat verib.
Onun sözlərinə görə, oğlu Hüseyn girov saxlandığı yerdən 130 km kənarda yerləşən Zaporojye şəhərində Azərbaycan diaspor nümayəndələrinə təhvil verilməsi ilə bağlı razılıq əldə edilib.
Qeyd edək ki, H.Abdullayev ötən ay sığınacaqdan çıxaraq Mariupol şəhərini tərk etmək istəyərkən maşında olan şəxslərlə birgə girov götürülmüşdü.
Xəbər lenti
Köpəkbalığı "iPhone"u uddu
Yırtıcının qarnından unikal görüntülər