Xalq artisti GİLEYLƏNDİ

16:26 13-04-2022 | icon 752 | Mədəniyyət
Xalq artisti GİLEYLƏNDİ

Valeh Kərimov: “Evdə oturub ölümümü gözləyirəm”

 

“İnstitutu bitirəndən sonra ömrümün 45 ilini Sumqayıt teatrında işləmişəm. Oradan da uzaqlaşdırıldım”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov verilişlərin birində deyib.

 

O, evdə oturub ölümünü gözlədiyini bildirib:

 

“Söhbət küskünlükdən getmir. Bekar insanam. Mənim də bekarçılıqdan zəhləm gedir. Mən bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir... Mən yaratmaq istəyirəm. Maaş vermə, Prezident təqaüdü alıram, amma çalışım. Axı səhnədən ötrü vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnədən ötrü gec ailə qurdum. Müəllimim dedi ki, ailəlisən? Dedim ki, subay. Dedi ki, özünü sənətdə tapsan, evlənərsən. Gördüm, tapmadım, getdim evləndim. İkisindən birini seçdim. Evdə öz-özümə nə qədər monoloq qurum? Məcburam ki, oturum ölümümü gözləyim”.

 

Kərimovun sözlərinə görə, “Bəxt üzüyü” filmindəki yaratdığı “Moşu” obrazı ona həyatda çox mane olub:

 

“İndi-indi hamı adımı bilir. İndiyə kimi “Moşu”, “xalq” deyirlər. Xalqın içindən çıxmış insandır. Orada (“Bəxt üzüyü” filmini nəzərdə tutur - red.) xalqın gözəl adətləri göstərilib. Bir az demaqoqluğu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər, məndən başqa. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm, pıçıldayırlar ki, sifəti “Moşu”dur, nə rol oynasa da, alınmaz. Rədd edin, getsin. Bu məni çox incidib. Axı məni başqa obraz üçün qrim də etmək olardı...”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?